Jan 28 2017 17:06
Ulviyye Sabirqizi
Views: 1638

“Hər il ölkəmizdə əhali orta hesabla 1,3% artır. 25-30 il əvvəl Azərbaycanda 7 milyon əhalisi var idisə, bu gün əhalinin sayı 10 milyona yaxınlaşıb”.

CBC-nin xəbərinə görə, bunu baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov YAP Gənclər Şurasının ötən ilin yekunlarına və 2 fevral - Gənclər Gününə həsr olunan tədbirində çıxışı zamanı deyib.

Ə. Əhmədov bildirib ki, Azərbaycan əhali arasında gənclərin çəkisi yüksək olan ölkələrdən biridir: “Azərbaycanda əhalinin sayının artması ilə əlaqədar insanların mənzil tələbatının ödənilməsi üçün çox ciddi layihələr həyata keçirilir. Bununla əlaqədar Azərbaycan prezidenti İlham Əliyev tərəfindən mühüm işlər görülüb.

Eyni zamanda, icbari tibbi sığortanın tətbiqi ilə bağlı çox cəsarətli layihə həyata keçirilir. Güman edirəm ki, bu layihələrin həyata keçirilməsi öz müsbət nəticələrini göstərəcək. Gənclərimizin mənzillə təmin edilməsi sahəsində bu gün bizi narahat edən problemlər yaxın vaxtlarda aradan qalxacaq, əhali üçün etibarlı səhiyyə sistemi təmin ediləcək”.

Baş nazirin müavini vurğulayıb ki, Azərbaycanda islahatların yeni mərhələsi başlayır: “Biz əvvəl müəyyən olunmuş hədəflərə çatmışıq, artıq islahatlar yeni mərhələyə qədəm qoyur. Azərbaycan dəyişikliklər dövrünü yaşayır. Müstəqil Azərbaycanın əldə etdiyi ən ümdə nailiyyətlərdən biri gənc nəslin yetişməsidir. Biz yeni dəyişikliklər mərhələsinə çatmışıq. Cəmiyyət ciddi islahatlar mərhələsindədir”.

 


Create Account



Log In Your Account