Jul 07 2020 15:00
Elshad Aliyev
Views: 62

“Azərbaycan, İran və Rusiya prezidentlərinin zirvə görüşü pandemiya təhlükəsi azaldıqdan sonra Rusiyada keçiriləcək”.

Bunu APA-ya İran dövlətinin sözçüsü Əli Rəbii deyib. O bildirib ki, İran bu görüşdən müsbət nəticələr əldə edəcəyinə ümidvardır.

“Azərbaycan və İran arasındakı əlaqələr yüksək səviyyədədir. Azərbaycan Prezidentinin Tehrana səfəri koronavirus epidemiyası səbəbindən təxirə salındı. Hazırda iki ölkənin prezidentləri arasında telefon danışıqları aparılır”, - deyə o əlavə edib.

Ə. Rəbii xatırladıb ki, Azərbaycan COVID-19-un yayıldığı ilk günlərdə İrana 5 milyon dollar yardım edib, tibbi avadanlıq göndərilib: “Səhiyyə nazirimizin bəyan etdiyi kimi, biz də koronavirusla mübarizə sahəsində təcrübəmizi Azərbaycanla bölüşməyə, yardım etməyə hazırıq”.


Create Account



Log In Your Account