Nov 25 2019 11:41
Elshad Aliyev
Views: 78

İtaliyanın məşhur “La Skala” teatrının solistləri Heydər Əliyev Mərkəzində çıxış ediblər.

Trend-in məlumatına görə, tanınmış ifaçılar Covanni Qualyardo, Massimiliano Pizapia və Marina Naçkebiyanı Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edib.

Konsert proqramında dünya klassikasının qızıl fondu sayılan əsərlər - C.Verdinin TraviataRiqoletto, J.Bizenin Karmen, C.Puççininin Toska, V.A.Motsartın Don Juan, P.Çaykovskinin Yevgeni Onegin və digər operalardan solo partiya və duetlər, romanslar, populyar italyan mahnıları ifa olunub.


Create Account



Log In Your Account