May 05 2020 16:51
Elshad Aliyev
Views: 120

İspaniyanın ən qocaman nəşri olan “La Vanguardia” qəzetində “İlham Əliyev koronavirus dövründə ÜST-ə dəstəyi gücləndirməyə çağırır” sərlövhəli məqalə dərc edilib. Məqalədə qeyd edilir ki, Qoşulmama Hərəkatının virtual sammitində sədrlik edən Azərbaycan Prezidenti İlham Əliyev, COVID-19 ilə mübarizədə xalqlar arasında həmrəyliyi daha da gücləndirməyə və qlobal fövqəladə vəziyyətdə Ümumdünya Səhiyyə Təşkilatını daha artıq dəstəkləməyə çağırıb.

AZƏRTAC xəbər verir ki, məqalədə Prezident İlham Əliyevin bu sözləri sitat gətirilib: “COVID-19 qlobal pandemiyası bütün dünya dövlətlərinə mənfi təsir göstərir. Heç bir ölkə bundan sığortalanmayıb. Qarşılıqlı dəstək, özünə qapanmama və yalnız birgə səylərlə COVID-19-a qalib gələ bilərik. Pandemiyanın ilk günlərindən biz Ümumdünya Səhiyyə Təşkilatı ilə təmasdayıq”.

Azərbaycan Prezidenti pandemiyaya qarşı qlobal mübarizədə Ümumdünya Səhiyyə Təşkilatının fundamental rolunu yüksək qiymətləndirib.

Diqqətə çatdırılır ki, Azərbaycan Afrika, Asiya və Latın Amerikası ölkələrində koronavirusa qarşı mübarizə üçün ÜST-ə 5 milyon dollar məbləğində əlavə ianə ayırmasını elan edib.

İspan qəzeti yazır ki, İlham Əliyev öz çıxışında beynəlxalq ictimaiyyəti və 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatının üzvlərini COVID-19-a qarşı mübarizədə həmrəyliyə çağırıb.


Create Account



Log In Your Account