Jan 20 2017 11:07
Ulviyye Sabirqizi
Views: 1738

1980-ci illərdə “Lambada” mahnısı ilə məşhurlaşan braziliyalı müğənni Loalva Braz 63 yaşında dünyasını dəyişib.

CBC “Ria Novosti”yə istinadən xəbər verir ki, braziliyalı yanğınsöndürənlərə Rio-de-Janeyronun sahil zonasında yanan avtomobillə bağlı məlumat daxil olub. Hadisə yerinə gedən yanğınsöndürənlər Brazın maşından yanmış cəsədini çıxarıblar.

Məşhur müğənninin maşınının hansı səbəbdən alovlanması məlum deyil.

Qeyd edək ki, L. Braz fransız qrupu “Kaomo”nun solisti olub. 13 yaşından oxumağa başlayan müğənni uzun illər Fransa və İsveçrədə yaşayıb.

 


Create Account



Log In Your Account