Feb 10 2017 12:45
Ulviyye Sabirqizi
Views: 1588

Latviya prezidenti Raymonds Veyonis və xanımı Bakıda keçiriləcək V Qlobal Bakı Forumunda iştirak edəcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən CBC-yə verilən məlumata görə, komitə və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə forum martın 16-17-də keçiriləcək.

Məlumata əsasən, “Xarici əlaqələrin gələcəyi: güc və maraqlar” mövzusuna həsr edilən forumda transatlantik münasibətlərin gələcəyi, terrorizmlə mübarizə, beynəlxalq münasibətlərdə Çinin rolu, Avropanın gələcəyi, populizm və ekstremizmin beynəlxalq təhlükəsizlik üçün təhdidləri kimi məsələlər müzakirə ediləcək.

Forumda bir sıra ölkələrin prezidentləri, sabiq dövlət və hökumət başçıları,  tanınmış siyasətçilərin, ictimai xadimlərin iştirakı gözlənilir.

Qeyd edək ki, bu, Bakıda keçirilən sayca beşinci forumdur. İlk forum 2013-cü ildə təşkil olunub.

 


Create Account



Log In Your Account