Dec 12 2019 15:06
Elshad Aliyev
Views: 151

“Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq çərçivəsində həll olunmalıdır”.

APA-nın xəbərinə görə, bunu Latviyanın Xarici İşlər naziri Edqar Rinkeviçs Riqada azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

Latviyalı nazir bildirib ki, Azərbaycan XİN başçısı ilə görüşdə regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.

“Latviyanın regionda sülhün bərpası ilə bağlı mövqeyi qətidir. Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq çərçivəsində və diplomatik kanallar vasitəsilə həll olunmalıdır”, - deyə Latviya XİN başçısı vurğulayıb.


Create Account



Log In Your Account