Apr 07 2020 09:35
Elshad Aliyev
Views: 69

Latviyada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 9 nəfər artaraq 533-dən 542-ə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Latviyanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 21 min 453 nəfər müayinə olunub.

Nazirliyin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə 773 nəfərdən 9-nun analiz nəticəsi müsbət çıxıb.

Virusa yeni yoluxma hallarının artacağı istisna olunmur.

Qeyd edək ki, ölkədə bu günədək qədər koronavirusdan 1 ölüm faktı qeydə alınıb.


Create Account



Log In Your Account