Apr 10 2020 09:36
Elshad Aliyev
Views: 81

Son bir sutka ərzində Latviyada koronavirusa (COVID-19) yoluxanların sayı 12 nəfər artaraq 589-a çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Latviyanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 25 min 458 nəfər müayinə olunub.

Nazirliyin məlumatına əsasən, son sutka ərzində COVID-19-a görə 1422 nəfərdən götürülən analizinin 12-nin nəticəsi müsbət çıxıb.

Virusa yeni yoluxma hallarının artacağı istisna edilmir.

Qeyd edək ki, indiyədək bu ölkədə koronavirusdan 3 ölüm faktı qeydə alınıb.


Create Account



Log In Your Account