Apr 21 2020 17:29
Elshad Aliyev
Views: 61

Latviyada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 9 nəfər artaraq 748-ə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Latviyanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilir ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 37 min 972 nəfər müayinə olunub.

Nazirliyin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə 1304 nəfərdən götürülən analizin 9-nun nəticəsi müsbət çıxıb.

Virusa yeni yoluxma hallarının artacağı istisna olunmur.

Qeyd edək ki, indiyədək bu ölkədə koronavirusdan 5 ölüm faktı qeydə alınıb.


Create Account



Log In Your Account