Mar 15 2021 18:24
Elshad Aliyev
Views: 160

Latviyada keçən il COVID-19 pandemiyası şəraitində kiçik və orta müəssisələrin 70,6 faizi distant şəkildə fəaliyyət göstərib.

AZƏRTAC Latviya mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin Mühasibat Uçotu və İdarəetmə Şirkəti “Jumis Pro”nun apardığı sorğunun nəticəsinə əsasən məlumat yayılıb.

Bildirilir ki, respondentlərin 33,8 faizi sənədləri distant şəkildə təsdiq edə bilmək üçün elektron imza alıb, 17,6 faizi isə şirkət daxilində daha rahat məlumat mübadiləsi sistemi yaradıb. Müəssisələrdə bulud proqramı təminatına keçid (14,7 faiz), elektron hesabların tətbiqi (13,2 faiz) daha çox üstünlük təşkil edib. Müəssisələrin 22,8 faizi onlayn rejimdə korporativ tədbirlər keçirib, 5,9 faizi işçilərinə onlayn kurslar və ya mütəxəssis yardımı almaq məqsədilə əlavə maliyyə dəstəyi verib.

2021-ci ilin mart ayında aparılmış sorğuda 144 orta və kiçik müəssisə iştirak edib.


Create Account



Log In Your Account