Jan 17 2017 16:31
Ulviyye Sabirqizi
Views: 1714

“Qarabağ münaqişəsi təkcə Azərbaycanın daxili işi deyil”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında bildirib.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mövzusunu şərh edərkən Sergey Lavrov qeyd edib ki, bu, mücərrəd və istisna olaraq Azərbaycanın daxili məsələsi deyil:

“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir sıra qərarlar var. Ən əsası münaqişənin qızğın vaxtında BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrdir”.

Nazir vurğulayıb ki, Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi şərti və işğal olunmuş ərazilərin sülh yolu ilə azad olunması tələbi hər zaman qüvvədə qalır:

“Vyanada, daha sonra Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentləri insidentlərin araşdırması mexanizminin işə düşməsi və təmas xəttində ATƏT müşahidəçilərin artırılması barədə razılığa gəldi. 2011-ci ildə də insidentlərin araşdırılması məsələsi Həştərxan görüşündə müzakirə edilmişdi.

Bu tədbirlər çox vacibdir. İnsidentlərin araşdırılması və ATƏT müşahidəçilərinin sayının artırılmasına dair razılıq ona görə reallaşa bilmir ki, bununla bağlı ATƏT-də konsensus yoxdur. Bunu təşkilatın üzlərindən də maraqlanmaq olar”.

“Ötən ilin aprelində baş vermiş qanlı hadisə dərin narahatlıq yaradır. Rusiya həmin vaxt qan tökülməsinin qarşısının alınmasında vacib rol oynayıb”, - deyə Lavrov sözlərinə əlavə edib.

 


Create Account



Log In Your Account