Dec 13 2019 16:20
Elshad Aliyev
Views: 75

Əlcəzairin sabiq Baş Naziri Abdelmacid Tebbuni prezident seçkisində qələbə qazanıb.

APA-nın "Sputnik"ə istinadən verdiyi xəbərə görə, Əlcəzairin seçki komissiyası Tebbuninin səslərin 58 faizini topladığını bildirib.

Seçici fəallığı 40 faiz olub.

Xatırladaq ki, keçmiş prezident Abdelaziz Bouteflika 2019-cu ilin fevralında prezident seçkisində iştirak edəcəyini bəyan etdikdən sonra ölkədə genişmiqyaslı etiraz aksiyaları başlamış və o, aprel ayında istefa verməyə məcbur olmuşdu.


Create Account



Log In Your Account