Apr 08 2020 09:38
Elshad Aliyev
Views: 79

“Çili həkimlərin koronavirusa yoluxma sayına görə Latın Amerikasında Braziliyadan sonra ikinci ən böyük ölkədir. Bu günə qədər ölkədə 286 tibb işçisi yeni virusa yoluxub”.

APA-nın RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Çilinin Səhiyyə naziri Xayme Manyaliç "Twitter" səhifəsində bildirib.

Nazir qeyd edib ki, çərşənbə axşamı səhər saat 9-da ölkədə həkimlərə dəstək aksiyası keçiriləcək, onların fədakar xidməti alqışlanacaq.

Xatırladaq ki, Çilidə 5115 nəfər koronavirusa yoluxub, onlardan 43 nəfəri dünyasını dəyişib.


Create Account



Log In Your Account