Dec 24 2019 14:58
Elshad Aliyev
Views: 110

Tarix şəxsiyyətlər yetişdirir. Bu, aksiomdur. İsbata ehtiyacı olmayan digər həqiqət də ondan ibarətdir ki, şəxsiyyətlər də tarix yaradır. Burada qarşılıqlı asılılıq mövcuddur. Bu asılılığın unikallığı ondadır ki, tarix özünün mürəkkəb çağlarını yaşayarkən daha səxavətli olur. Dühalar doğulur. Onlar da tarixə borclu qalmırlar. Missiyaları xilaskarlıq olur. Tarixin, dövlətin və millətin xilaskarı missiyası. Həmin missiyanı müasir Azərbaycan dövlətçiliyi tarixində ümummilli lider Heydər Əliyev yerinə yetirdi. Zəmanəmizin dühası ilk növbədə Azərbaycanın itirilmiş dövlətçiliyini bərpa etdi, ölkəni permanent xaos vəziyyətindən çıxartdı, vətəndaş müharibəsinin qarşısını aldı, ölkədə milli intibaha nail oldu, bütün sahələrdə dinamik inkişaf tendensiyalarının əsasını qoydu. Azərbaycanda siyasi sabitlik və inkişaf dövrü başlandı.

Azərbaycan xalqı dövlətçilik qarşısında müstəsna və misilsiz xidmətlərinə görə Heydər Əliyevə əbədi olaraq minnətdardır. Həm də ona görə minnətdardır ki, Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycan artıq 16 ildir ki, etibarlı əllərdədir, davamlı və dinamik inkişaf tempi ilə irəliləyir. Zəmanəmizin dühasından “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”, - qiymətini alan Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son 16 il ərzində özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. Prezident İlham Əliyevin Azərbaycan tarixinə yeni missiya ilə qədəm qoymuşdur. Bu missiyanın fəlsəfəsi daha əvvəl “Əsl siyasət konkret, real iş görməkdən ibarətdir”, - deyərək ictimai fəaliyyətə başlayan Prezidentin 16 il öncə söylədiyi “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam, hər bir Azərbaycan vətəndaşının qayğı və problemlərinin həlli yolunda bütün bacarıq və qabiliyyətimi əsirgəməyəcəyəm” fikirləri ilə real məzmun kəsb etməyə başladı.

Bu fikirlər Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr komissiyasının katibi, professor Elman Nəsirovun “İlham Əliyev – dünya səviyyəli islahatçı Prezident” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Bu mərhələnin başlanğıc nöqtəsi 2003-cü il oktyabrın 15-də keçirilən Prezident seçkilərində İlham Əliyevin xalqın mütləq əksəriyyətinin səsini toplayaraq (76,86 %) dövlət başçısı seçilməsi ilə qoyuldu. Prezidentliyinin ilk 5 ili ərzində İlham Əliyevin dövlətçiliyimiz tarixində yeni missiyasının həll etməli olduğu vəzifələrə Azərbaycanda bir çadır şəhərciyinin belə qalmayacağı, məcburi köçkünlərin sosial müdafiəsinin təşkilinin əsas məsələ olacağı, yoxsulluğun aradan qaldırılması üçün daha səmərəli tədbirlər görüləcəyi, 600 min yeni iş yerinin açılması istiqamətində qısa zamanda real nəticələr əldə olunacağı, regionların iqtisadi inkişafı və aqrar islahatların ikinci mərhələsi ilə bağlı dövlət proqramları hazırlanacağı, sahibkarlığa dövlət qayğısının artırılacağı, transmilli layihələr çərçivəsində ölkənin yeni infrastrukturunun yaradılmasına nail olunacağı kimi məsələlər daxil idi.

İlham Əliyevin Prezidentlik fəaliyyətinin qeyd edilən dövrü ərzində sadalanan bütün istiqamətlər üzrə nəzərəçarpacaq nailiyyətlər əldə olundu. 610 min yeni iş yerinin açılması, neft gəlirlərindən istifadə olunmaqla qeyri-neft sektorunun inkişaf etdirilməsi, sahibkarlığın inkişafına əlverişli şəraitin yaradılması, əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsinin gücləndirilməsi, hər bir azərbaycanlı ailəsi üçün rifahın və təhlükəsizliyin təmin edilməsi, dövlət strukturlarının işinin səmərəli, dünya standartlarına uyğun şəkildə qurulması, rəhbər işçilərin məsuliyyətinin artırılması, milli birliyin və həmrəyliyin möhkəmləndirilməsi, beynəlxalq standartlara cavab verən demokratik parlament seçkilərinin keçirilməsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsiplərinə uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə imkan verən müstəqil xarici siyasət kursunun yeridilməsi, Avropa və dünya strukturlarına inteqrasiyanın davam etdirilməsi həmin siyasətin real göstəriciləri hesab oluna bilər.

Növbəti seçkilərdə də xalqın mütləq əksəriyyətinin etimadı nəticəsində prezident seçilən İlham Əliyev iqtisadiyyatın bundan sonra da inkişaf etdirilməsi, siyasi islahatların keçirilməsi və ölkənin modernləşdirilməsini ölkəmizin qarşısında duran başlıca vəzifələr kimi müəyyənləşdirdi. İqtisadiyyatın şaxələndirilməsi, siyasi islahatlar, modernləşmə, enerji sektorunda asılılığın azaldılması, təhsil və güclü sosial siyasət ölkəmizin strateji xətti olaraq irəli sürüldü. Optimal məqsəd və vəzifələrin müəyyən edilməsi və onların yerinə yetirilməsi yollarının düzgün tapılması nəticəsində Azərbaycan hətta dünya iqtisadi-maliyyə böhranı illərində analoqu olmayan iqtisadi inkişaf tempinə nail ola bildi. Bu inkişaf kursu sistemli və davamlı xarakter kəsb edir.

Sabitlik, təhlükəsizlik və inkişaf bu mərhələni xarakterizə edən əsas meyarlardır. Sözün həqiqi mənasında son 16 il ərzində ölkəmizdə sabitlik və əmin-amanlıq hökm sürməkdədir. Azərbaycan bu gün müsəlman dünyasında bir sabitlik adası kimi məşhurdur. Təkcə sabitliyin olmaması kifayətdir ki, dövlət xaos və anarxiyaya yuvarlansın. Qonşu regionlarda və dünyada baş verən qanlı münaqişələr, toqquşmalar, müharibələr, risklər və təhdidlər fonunda ölkəmizdə həyat tərzinə çevrilmiş sabitlik mühiti bizim tarixi nailiyyətimiz və sərvətimizdir. Sabitliyimiz təhlükəsizliyimizi şərtləndirir. Sabitlik və təhlükəsizliyimizin təminatçısı Azərbaycan xalqı və onun hakimiyyətlə olan monolit birliyidir. Səfərbər olunmuş cəmiyyət və vətəndaş həmrəyliyidir. Bu birliyin kökündə dayanan əsas amil xalqın Prezident İlham Əliyevə olan inamı, etimadı və etibarıdır. Prezidentin xalqının sevgisini qazanmasını şərtləndirən əsas amil isə, onun hər hansı beynəlxalq siyasi dairənin və ya böyük dövlətin diqtəsi altında deyil, məhz öz xalqının mənafeyindən irəli gələn bir siyasəti həyata keçirməsidir.

Bu yolda iqtisadi müstəqillik həlledici amildir. İqtisadi müstəqilliyimiz siyasi müstəqilliyimizi şərtləndirir. Fikrimizi nəzəri mülahizələr, konkret faktlar və arqumentlərlə əsaslandırmağa çalışaq. Bu, bir həqiqətdir ki, Prezident İlham Əliyev tərəfindən iqtisadiyyatın şaxələndirilməsi, siyasi islahatlar, modernləşmə, enerji sektorunda asılılığın minimuma endirilməsi, təhsil və güclü sosial siyasət ölkəmizin strateji xətti olaraq müəyyən edilib. Optimal məqsəd və vəzifələrin müəyyən edilməsi və onların yerinə yetirilməsi yollarının düzgün seçilməsi nəticəsində Azərbaycan hətta dünya maliyyə-iqtisadi böhranı illərində belə analoqu olmayan iqtisadi inkişaf tempinə malik olub. 2003-cü ildən indiyədək ölkəmiz öz müstəqilliyini daha da möhkəmləndirib, sosial-iqtisadi, siyasi-diplomatik və hərbi quruculuq sahələrində çox böyük uğurlara imza atıb. Ölkə iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft iqtisadiyyatı 2,8 dəfə, sənaye 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə, qeyri-neft ixracı 4,1 dəfə artıb. 2004-cü ildə ölkənin valyuta ehtiyatları 1,8 milyard dollar təşkil edirdisə, hazırda bu göstərici 50 milyard dolları ötüb. Bu illər ərzində ərzində ölkə iqtisadiyyatına 270 milyard dollardan artıq sərmayə qoyulub ki, bunun da təxminən yarısının xarici investisiyalar təşkil edir.

İlham Əliyev hələ 16 il əvvəl bəyan edib ki, prezident seçiləcəyi təqdirdə regionların inkişafına prioritet məsələ kimi baxacaqdır. Onun bu istiqamətdə atdığı mühüm addımlar onun sözü ilə əməlinin eyni gücə malik olduğunu növbəti dəfə təsdiqlədi. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı artıq 3 Dövlət Proqramı qəbul olunub və onların uğurlu icrası təmin edilib. Növbəti 4-cü Dövlət Proqramının icrasına başlanılıb, ilk növbədə infrastruktur layihələrin icrasına start verilib. Bu, bir həqiqətdir k, energetika hər bir dövlətin iqtisadiyyatının bel sütunudur. Təsadüfi deyildir ki, İlham Əliyev ölkəmizdə elektrik stansiyalarının mövcud olmasına “dövlətimizin uğurlu və sürətli inkişafının əsas amili kimi” yüksək qiymət verib. 2003-cü ildən bəri 30 elektrik stansiyası tikilib. Bu stansiyaların generasiya gücü 2500 meqavata bərabərdir. Məlumat üçün onu da qeyd edək ki, 2004-cü ilədək Azərbaycanda 9 elektrik stansiyası var idi və ölkəmiz elektrikə olan tələbatı əsasən idxal hesabına ödəyirdi. Hazırda isə özümüzü elektrik enerjisi ilə tam təmin edir və onun ixracını həyata keçiririk. Bu məqsədlə həm ölkə ərazisində, həm də 3 qonşu ölkə ilə-Rusiya, İran və Gürcüstanla elektrik xəttlərini birləşdirmişik. Gürcüstan vasitəsilə Türkiyəyə də elektrik enerjisinin ixracı imkanları yaranmışdır. Bu il elektrik stansiyalarının generasiya gücünün 2900 meqavata çatdırılması nəzərdə tutulur. 2004-cü ildə ölkədə qazlaşdırmanın səviyyəsi cəmisi 51 faiz təşkil edirdisə, hazırda bu göstərici 95 faizə yaxınlaşıb. Bütün şəhərlər 100 faiz qazla təmin edilib. 16 il əvvəl ölkəmizdə əhalinin fasiləsiz olaraq içməli su ilə təminatı 26 faiz təşkil edirdi. Hazırda bu göstərici 67 faizi ötüb. Bakıda 81 faiz, bölgələrdə isə anoloji göstərici 43 faizə bərabərdir. Bu sahəyə də perspektivdə böyük sərmayə qoyuluşu nəzərdə tutulur.

Oğuz-Qəbələ-Bakı kimi nəhəng su kəməri çəkilib, Ceyranbatanda dünyanın ən nəhəng sutəmizləyici qurgusu tikilib istifadəyə verilib. Bu gün bu qurğudan çıxmaqla əhaliyə verilən sular keyfiyyətinə görə Dünya Səhiyyə Təşkilatının standartlarına tam cavab verir. Ölkəmizdə 16 il ərzində geniş meliorativ tədbirlər həyata keçirilib, Taxtakörpü, Şəmkirçay, Göytəpə və Tovuzçay kimi 4 iri su anbarı tikilib. Son illər ərzində hər il təxminən 100 min hektardan çox suvarılmayan torpaqlara su xətləri, kanallar çəkilib. Yol çəkilişi həm iqtisadi, həm də sosial layihədir. Son 16 il ərzində bu istiqamətdə çox böyük uğurlara imza atılıb. Təqribən 15 min km yol çəkilib. 2017-ci ildə şərti olaraq “40 yol” adlandırılan layihə çərçivəsində 500-dən çox kəndin keyfiyyətli yola olan tələbatı ödənilib.

Prezident İlham Əliyev sosial yönümlü dövlətin formalaşması və inkişafı kursunu həyata keçirir. Bu siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahı dayanır. Həmin siyasətin sayəsində ölkəmizdə işsizlik 5 faiz, yoxsulluq isə 5,4 faizə enib. Təsadüfi deyildir ki, 2020-ci ilin dövlət büdcəsində də sosial xərclər bütün xərclərin 38, 5 faiz təşkil edir. Ölkəmiz nümunəvi ictimai və sosial xidmət sahələrində innovativ yanaşmaları ilə dünyanın bir çox dövlətlərini qabaqlayır. Həmin nümunəvi xidmətin ən bariz nümunəsi olaraq ölkə başçısı İlham Əliyevin təşəbbüsü isə 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyinin təsis edilməsini və onun himayəsi altında fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərini qeyd edə bilərik, Bu günədək ölkə üzrə “ASAN xidmət” mərkəzlərinə daxil olan müraciətlərin sayı 35 milyona yaxındır. 2019-cu ilin 9 ayı ərzində keçirilən rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,4 faiz təşkil edib. Bu baxımdan “ASAN xidmət”in Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına layiq görülməsi də təsadüfi sayılmamalıdır.

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onu sosial rifahı dayanır. Dövlətimizin siyasəti sosial yönümlüdür və əhalinin həssas qruplarına xüsusi diqqəti ilə seçilir. Eyni məntiqlə Prezident İlham Əliyev şəhid ailələri, müharibə veteranları və əlillərinə daim xüsusi qayğı ilə yanaşır. 2018-ci il 11 aprel tarixində keçirilən prezident seçkilərində növbəti qələbə qazandıqdan sonra İlham Əliyevin imzaladığı ilk Fərmanın - 2018-ci il 19 aprel tarixli Fərmanın şəhid vərəsələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi ilə bağlı olması həssas qrupların sosial müdafiəsinin gücləndirilməsinin onun növbəti prezidentlik dövründə də siyasətinin başlıca istiqamətlərindən olduğunu təsdiq etdi. 2019-cu il 28 yanvar tarixli Fərman isə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulan şəhid vərəsələrinin əhatə dairəsinin genişlənməsinə səbəb oldu. Beləliklə, hər iki Fərmanın icrası olaraq, 12268 şəhidin vərəsələrinə ödəmə verilməsi (bunun üçün 135 milyon manat vəsait ayrılıb) nəzərdə tutulub. Ötən ilin noyabrın əvvəllərindən artıq 6200-ə yaxın şəhidin vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub. 2019-cu il ərzində digər vərəsələr də birdəfəlik ödəmə ilə təmin ediləcəklər. 2019-cu il 28 yanvar tarixli Sərəncamla şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün mənzillərin alınması məqsədilə 35 milyon manat ayrıldı. “2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaqdır”,- deyə bəyan edən Prezident İlham Əliyevin bu sözləri onun uğurlu sosial islahatlar paketinin nailiyyətləri kimi, əhalinin rifah halının yaxşılaşdırılması sahəsində cari ilin ötən dövründə ciddi addımların atılması ilə real təsdiqini tapıb.

Prezident İlham Əliyevin sosial islahatlar paketinin daha bir uğurlu nəticəsi 2019-cu il 8 fevral tarixli Sərəncamla ölkədə minimum əmək haqqının 2019-cu il martın 1-dən orta hesabla 40 faiz artırılaraq 180 manata çatdırılması oldu. 600 min (o cümlədən dövlət sektoru üzrə 450 min, özəl sektor üzrə 150 min) işçinin rifahına ciddi dəstək olan bu artım üçün illik 400 milyon manat əlavə vəsait ayrıldı. Dövlət başçısının imzaladığı 2019-cu il 25 fevral tarixli Sərəncam isə ölkənin sosial həyatında inqilabi addımların davamlı xarakter aldığını göstərdi. Sərəncamla 600 minədək şəxsə, o cümlədən 300 min əlilliyi olan şəxsə yönələn sosial müavinətlərin, Prezidentin aylıq təqaüdlərinin aprelin 1-dən orta hesabla 100 faiz artırılması təmin edildi, əlavə olaraq bir sıra kateqoriyalardan olanlar üçün Prezidentin aylıq təqaüdləri təsis olundu. Sərəncamın icrası üçün əlavə olaraq illik 400 milyon manat ayrılması nəzərdə tutulur ki, bu da sosial müavinət və təqaüdlərin verilməsinə yönələn illik vəsaitin 2 dəfə artırılması deməkdir. Eyni zamanda, 2019-cu il 26 fevral tarixli Sərəncamla məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün aylıq müavinət 50 faiz artırılaraq 60 manata çatdırılmaqla, bu müavinəti alan 500 mindən çox məcburi köçkünün rifahına mühüm dəstək verildi. 2019-cu il 14 fevral tarixli Sərəncamla 110 minədək tələbənin təqaüdlərinin ciddi şəkildə artırılması da təmin olundu. Ölkədə vətəndaşların sosial problemlərinin həllini öz siyasətində prioritet kimi müəyyən edən Prezident İlham Əliyevin 2019-cu il 28 fevral tarixli Fərmanı devalvasiyanın təsirlərini aradan qaldırmağa və problemli kreditlərin həllinə də şərait yaratdı. Ölkənin sosial həyatı üçün olduqca mühüm olan, 800 mindən artıq insanın problemli kredit narahatlığını aradan qaldıran bu addım Azərbaycan Prezidentinin yüksək humanizmini, onun daim ölkə vətəndaşının yanında olduğunu bir daha nümayiş etdirdi. 2019-cu il 19 fevral tarixli Fərman isə istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakinlərindən ibarət 350-400 min insanın mənafelərinin təmin olunmasına xidmət etməklə, Azərbaycanın sosialyönümlü dövlət siyasətinin əsasında humanizm prinsiplərinin dayandığının növbəti təsdiqi oldu.

Yuxarıda qeyd olunduğu kimi, Prezident İlham Əliyevin sosial siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır və bu amil ölkəmizdə dayanıqlı iqtisadi inkişafın nəticələrinin, əldə olunan iqtisadi dividendlərin ilk növbədə əhalinin güzəranının yüksəldilməsinə yönəldilməsi, sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində ardıcıl olaraq mühüm addımların atılmasında real ifadəsini tapır. Bu baxımdan dövlət başçısının yeni sosial paketi kimi təqdim olunan 2019-cu il 18 iyun tarixli sərəncamları, minimum pensiyanın artırılması üçün yeni qanunvericilik təşəbbüsü vətəndaş rifahı naminə atılan mühüm yeni addımlardır. Bu sərancamlardan sonra Azərbaycanda minimum əməkhaqqının məbləği 2019-cu il sentyabrın 1-dən 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırıldı. Bununla da ölkəmizdə minimum əməkhaqqının məbləğinin yaşayış minimumunu (180 manat) 40 faizədək üstələməsi təmin edildi. Yeni “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Sərəncam ölkədə sosial rifahın yüksəldilməsinin Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin prioritet istiqaməti olduğunu bir daha təsdiq edir və bu istiqamətdə cari il ərzində artıq ikinci böyük sosial paketin reallaşdırıldığını göstərir. Artımdan sonra Azərbaycan Respublikasında minimum əməkhaqqı MDB ölkələri arasında alıcılıq qabiliyyətinə görə 1-ci yerdə qərarlaşıb. Orta aylıq pensiya həcminə görə isə 3-cü yerdədir.

Beləliklə, ötən dövr ərzində Prezident İlham Əliyevin sosial islahatlar paketi 4 milyon 200 min vətəndaşın rifahında əhəmiyyətli rol oynayan mühüm addımların atılmasına imkan verdi. Bu addımlar büdcə xərclərinin əlavə olaraq 3,7 milyard manat artmasını şərtləndirdi. Ölkə əhalisinin ən həssas təbəqəsi olan, doğma yurdlarından didərgin salınmış soydaşlarımıza diqqət və qayğı, onların qarşılaşdıqları problemlərin aradan qaldırılması dövlət siyasətinin prioritetini təşkil edir. 2003-cü ildən bu günədək Prezident İlham Əliyev qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların məşğulluğunun təmin edilməsi ilə bağlı 70-dən çox fərman və sərəncam imzalayıb, bir çox proqramlar qəbul edilib. Dövlət səviyyəsində bu istiqamətdə atılan addımlarla yanaşı, Heydər Əliyev Fondu da fəaliyyətində qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə xüsusi diqqət yetirir.

Bütövlükdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu fəaliyyət iki istiqamətdə aparılır. Birincisi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin siyasi həlli tapılanadək müvəqqəti olaraq məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsidir. Bu sahədə aparılan işlər nəticəsində artıq 300 min qaçqın və məcburi köçkün yeni mənzillərə köçürülüb, 103 yeni qəsəbə salınıb. Son bir ildə Bakı, Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində 5 yeni yaşayış kompleksi istifadəyə verilib. 2018-ci ildə 5800-dən çox məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Cari ildə isə 7 mindən çox məcburi köçkün ailəsinə yeni mənzillər verilib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə ilk dəfə olaraq, özəl sektorun vəsaiti hesabına Bakı şəhərinin Qaradağ rayonu ərazisində 1026 mənzilli “Qobu Park” və 1300 yerlik “Qobu Park-2” yaşayış kompleksi inşa olunaraq istifadəyə verilib. Görülən fəaliyyətin nəticəsi olaraq, 16 il ərzində məcburi köçkünlər arasında yoxsulluq həddi 75 faizdən 12 faizədək azalıb.

Digər istiqamət isə dövlət qurumları və beynəlxalq təşkilatların iştirakı, onların rəy və təklifləri, beynəlxalq təcrübə nəzərə alınmaqla "Böyük Qayıdış” proqramının hazırlanmasıdır. Bu istiqamətdə atılan ilk iki addım kimi, Cocuq Mərcanlı kəndini və əvvəllər Dağlıq Qarabağın inzibati ərazisi olmuş Tərtər rayonunun Şıxarx qəsəbəsini göstərmək olar. Dövlətin məqsədi odur ki, "Böyük Qayıdış” proqramı tam icra olunsun. Əminik ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu məsələ tam həllini tapacaq. Məcburi köçkünlər beynəlxalq hüquqda təsbit olunduğu kimi, könüllü surətdə və ləyaqətlə öz torpaqlarına qayıtmaq hüquqlarından istifadə edəcəklər.

Bu xeyirxah missiya-məcburi köçkün və qaçqınlara xüsusi həssaslıq və qayğı ilə yanaşılması siyasəti Prezident İlham Əliyevin ən yaxın məsləkdaşı, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən də uğurla həyata keçirilir. Onun Birinci vitse-prezident təyin edildikdən sonra ilk görüşünü məcburi köçkünlərlə keçirməsi də bu qəbildən olan insanlara diqqət və qayğıdan xəbər verir. Məlum olduğu kimi, 2017-ci il martın 9-da Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirə keçirilmişdi. İlk müşavirənin, məcburi köçkünlərin sosial problemlərinə həsr edilməsi doğma yurdlarından didərgin salınmış soydaşlarımızda ata-baba ocaqlarına qayıdacaqlarına böyük inam yaradıb.

“Bilirsiniz, düşünürəm ki, rəhbərin mütləq quru insan olması ideyası da müəyyən dərəcədə stereotipdir. Məsuliyyətli – bəli, prinsipial – bəli, iradəli – bəli. Quruluq, sərtlik vacib keyfiyyət deyil. Mənim üçün insanlarla işləmək bacarığı, sənin baxışlarını prinsipcə bölüşən, sənin ardınca getməyə hazır olan həmfikirlər komandası yaratmaq bacarığı daha vacibdir. Çünki onlar anlayırlar ki, sənin işlərin xeyirxahlığa yönəlib. Çox vacibdir ki, bəyan və elan edilənlər həqiqətən baş verənlərlə üst-üstə düşsün. Çünki insanlar hər şeyi görürlər, hər şeyi anlayırlar”, - deyən Mehriban xanım Əliyeva öz çoxtərəfli fəaliyyəti ilə üzərinə düşən olduqca mühüm vəzifələrin öhdəsindən məhz böyük məsuliyyəti, prinsipiallığı və iradəsi hesabına layiqincə gəlir. İnsanlarda ləyaqət, intellekt və mehribanlıq kimi 3 vacib keyfiyyəti xüsusi olaraq dəyərləndirən ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva özü həmin uca insani dəyərlərin daşıyıcısı olaraq ölkə və beynəlxalq ictimai fikirdə olduqca yüksək reytinqə malikdir. 2017-ci ilin 28 fevral tarixində Rusiyanın nüfuzlu “Rossiya-24” kanalına müsahibəsində bu xüsusda haqlı olaraq vurğulayır ki, “Üzərimə düşən məsuliyyət olduqca böyükdür. Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam”. Mehriban xanım Əliyeva bu gün xoşbəxtdir ki, xalqın ümidini və inamını şərəflə doğruldur, öz misilsiz fəaliyyəti ilə Prezident İlham Əliyevin gücünə güc qatır. Bu həqiqəti xalqımız və Prezidentimiz görür və dəyərləndirir. Bu baxımdan İlham Əliyevin dekabrın 20-də Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi görüşü çərçivəsində Sankt-Peterburq şəhərində fəaliyyət göstərən diaspor təşkilatlarımızın rəhbərləri ilə görüşündə hörmətli Mehriban xanım Əliyevanın dövlətçiliyimiz qarşısında, xüsusən də Azərbaycan-Rusiya əlaqələrinin inkişafı sahəsində göstərdiyi müstəsna xidmətlərinə verdiyi yüksək qiymət təsadüfi sayılmamalıdır: “Bu il Mehriban xanımın Rusiyaya çox uğurlu rəsmi səfəri baş tutdu. Səfər çox yüksək səviyyədə təşkil edildi. Prezident Vladimir Vladimiroviç Putin ilə görüşü, Prezident tərəfindən Mehriban Əliyevaya “Dostluq” ordeninin təqdim edilməsi, əlbəttə ki, böyük hadisədir. Biz bilirik ki, Rusiyanın Prezidenti prezident olmayan şəxsləri çox nadir hallarda qəbul edir. Bu istisna hal Rusiya Prezidentinin Azərbaycana münasibətinin təzahürüdür. Azərbaycanda da Rusiya Prezidentinə böyük hörmət var. İkitərəfli əlaqələrin inkişafında prezidentlərin, əlbəttə ki, xüsusi rolu vardır. Mehriban xanımın səfər çərçivəsində həm Baş Nazirlə, həm də Federasiya Şurasının sədri ilə görüşləri olubdur. Əlbəttə ki, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonunun yenidən açılması tarixi hadisədir”.

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qazandığı iqtisadi uğurlar beynəlxalq hesabatlarda da yüksək qiymətləndirilir. Dünya Bankının son “Doing Business” hesabatında ölkəmiz əlverişli biznes mühitinin formalaşması səviyyəsinə görə dünyada 25-ci mövqedədir. Həmin hesabatda ölkəmiz dünyanın ən islahatçı 20 ölkəsi sırasında yer alıb. Bu son dərəcə yüksək nəticələrdir.

Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında ölkəmizlə bağlı əks olunan rəqəmlər bir daha sübut edir ki. Azərbaycan müasirləşən və sürətlə inkişaf edən ölkədir. Belə ki, hesabatda göstərilir ki, Azərbaycan mütəşəkkil cinayətkarlığa qarşı mübarizə səviyyəsinə görə dünyamın 141 ölkəsi arasında 18-ci yerdədir. Polis orqanlarına əhali tərəfindən inamın səviyyəsinə görə isə 30-cu mövqedədir. Hökumətin, yəni dövlətin və rəhbərliyin uzunmüddətli strategiyasına görə isə dünyada 10-cu yeri tutur. Prezident İlham Əliyevin təbirincə desək, “Bu onu göstərir ki, düşünülmüş uzunmüddətli siyasət Azərbaycanda ən yüksək səviyyədə həyata keçirilir”. Rəhbərliyin islahatlara meyllilik səviyyəsinə görə isə ölkəmiz dünyada olduqca yüksək 5-ci yerə layiq görülmüşdür. Mülkiyyət hüquqlarının qorunmasına görə 37-ci, nəqliyyat infrastrukturuna görə, 31-ci , yol infrastrukturuna görə 27-ci, dəmir yollarının səviyyəsinə görə 34-cü, biznesə başlamaq baxımından 8-ci və elektrik enerjisinə əlçatanlıq səviyyəsinə görə dünyada 2-ci mövqeni qazanması Azərbaycanın sürətli və dinamik inkişafını xarakterizə edən göstəricilərdir. Bu uğurlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin alternativsiz olduğunu və aparılan islahatların cəmiyyətin bütün təbəqələrinin, mənafelərini əks etdirdiyini bir daha göstərir. Tarixinin ən böyük 2020-ci il dövlət büdcəsində gəlirləri 24,1 milyard manat, xərcləri isə 26, 9 milyard manat təşkil edən ölkəmizdə gələn il üçün 3 faiz iqtisadi artım nəzərdə tutulur. Qeyri-neft sektorunda isə bu artımın 3,8 faiz olacağı proqnozlaşdırılır. Müqayisə üçün qeyd edək ki, ölkəmizin 2019-cu ilin 9 ayının sosial-iqtisadi inkişaf yekunlarına görə, qeyri-neft sektorunda artım 3 faizdən, qeyri-neft sənayesində isə 15 faizdən çox, xarici borc isə ÜDM-nin 17 faizini təşkil edib. Bu yüksək göstəriciyə görə, Azərbaycan dünya miqyasında 9-cu yerdə dayanır. Kənd Təsərrüfatında artımın 7 faizə bərabər olması bir daha təsdiqləyir ki, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı strateji xətti real nəticələr verməkdədir. Bu nəticələr cari ilin 19 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı keçirilən müşavirədə konkret faktlarla bir daha təsdiqlənmiş oldu. Bir daha məlum oldu ki, Prezidentin müəllifi olduğu siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahı dayanır. Bütün atılan addımlar bu məqsədə xidmət edir. Müşavirədə dövlətimizin başçısı İlham Əliyev vurğuladı ki. “100 min hektarda pambıq əkildi və 294 min ton məhsul götürüldü. Hektardan məhsuldarlıq 29,4 sentner olmuşdur. Yəni, bu, doğrudan da tarixi nailiyyətdir.” Xarici bazarlara ixrac edilən Azərbaycan pambığından bu ilin 9 ayı ərzində ölkəmizə 111 milyon dollar gəlir daxil olmuşdur. Nəzərə alsaq ki, cari ilin yanvar-oktyabr ayları ərzində ölkəmizin qeyri neft sektoru üzrə ixracı 1,6 milyard dollar təşkil etmişdir, bu halda pambıq satışından əldə edilən mənfəətin nə qədər böyük olduğunu təxmin etmək olar. Pambıq istehsalı və ixracı təkcə ölkəmiz üçün valyuta axını demək deyildir, bu, ilk növbədə işsizlik probleminin həllinə mühüm töhfə kimi dəyərləndirilməlidir. Bu xüsusda Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi fikirlər böyük məna kəsb edir: “Hazırda Azərbaycanda 20 rayonda pambıq əkilir və bu rayonlarda 200 minə yaxın insan işlərə cəlb edildi. Yəni, pambıqçılığın bir neçə istiqaməti var və hər istiqamət üzrə minlərlə, on minlərlə yeni iş yerləri yaradıldı. Təsəvvür edin ki, 20 rayonda 200 minə yaxın iş yerinin yaradılması nə deməkdir. İndi bizim rayonların əhalisi orta hesabla təqribən 100-150 min, maksimum 200 min nəfər təşkil edir. Demək olar ki, hər rayonda orta hesabla 10 min insan ancaq pambıqçılıqla məşğul olur. Təbii ki, bu rayonlarda işsizliklə bağlı problemlər uğurla həll olunur”.

Bu, bir həqiqətdir ki, dövlətin xarici siyasətinin onun daxili siyasətinin davamı olması da mütləq əksəriyyətin inandığı həqiqətlərdəndir. Məsələyə bu prizmadan yanaşdıqda Prezident İlham Əliyevin 16 il ərzində həyata keçirdiyi uğurlu daxili siyasət nəticə etibarilə Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi mənafeyinə xidmət göstərib. Təkcə daxili siyasətdə deyil, xarici siyasətdə də varislik prinsipi qorunub saxlanılmışdır. Başqa sözlə, Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin müəllifi olduğu çoxvektorlu və balanslı xarici siyasət kursunu sürətlə dəyişən dünyanın geosiyasi reallıqlarına adekvat olaraq çevik, innovativ və hücum taktikasına əsaslanmaqla davam etdirir. Milli dövlətçilik maraqlarının müdafiəsi həm ikitərəfli, həm də çoxtərəfli formatda həyata keçirilən bu siyasətin başlıca məzmununu təşkil edir. Həmin siyasətin uğurunu təmin edən çoxsaylı parametrlər sırasında birinci mövqedə dayanan amil Prezident İlham Əliyevin beynəlxalq siyasətin aktoru statusuna yüksəlməsi reallığı ilə bağlıdır. Bu statusuna tam adekvat olaraq İlham Əliyev həm daxili, həm də xarici siyasət kursunun həyata keçirilməsi prosesində dərin zəka, iti fəhm, analitik və innovativ düşüncə tərzi, sistemli analiz qabiliyyəti, prinsipiallıq və qətiyyət nümayiş etdirir. Hər dövlət başçısına nəsib olmayan bu unikal şəxsi keyfiyyətlərin daşıyıcı olan Prezident İlham Əliyev harada çıxış etməsindən və mövqe bildirməsindən asılı olmayaraq, şahmat dili ilə desək, həmişə ağ fiqurlarla oynayır və artıq start vəziyyətində qarşı tərəf və ya tərəflər üzərində ilkin üstünlüyünü təmin etmiş olur. Həmin “siyasi şahmat lövhəsi”ndə siyasət qrossmeysterinin-Prezident İlham Əliyevin rəqibinə “mat” elan etməsi labüddür. Bu zaman problemə sistemli və ardıcıl yanaşma tərzi, səlis və məntiqli ifadə üslubu, auditoriya ilə işləmək və onu ələ almaq qabiliyyəti, səs diapazonundan düzgün istifadə məharəti və nəhayət ecazkar cəzbetmə potensialı və bənzərsiz xarizması ilə dövlət başçısı ən qatı siyasi opponentlərini də “tərksilah” etməyə və onları “siyasi hipnoz” vəziyyətinə salmağa müyəssər ola bilir. Dəfələrlə bu həqiqətin şahidi olmuşuq. Həmin həqiqətlərdən bir neçəsi üzərində dayanaraq yuxarıda səsləndirdiyimiz fikir və mülahizələrimizi əsaslandıraq. Məlum həqiqətdir ki, 2009-cu ildə ABŞ başda olmaqla Qərb dövlətlərinin təzyiqi nəticəsində Türkiyə-Ermənistan sərhədlərinin açılması prosesi kritik mərhələyə daxil olmuşdu. Hətta iş o yerə gəlib çatmışdı ki, Qərb siyasi dairələri həmin il aprelin 6-7-də İstanbul şəhərində “Sivilizasiyalar alyansı” adlanan bir tədbir təşkil edib, orada ABŞ-ın yeni prezidenti Barak Obama və Dövlət katibi Hillari Klintonun Prezident İlham Əliyev ilə görüşünü keçirməyi hədəfləmişdilər. Məqsəd bu görüş çərçivəsində Azərbaycanın dövlət başçısının məlum məsələdə tutduğu güzəştsiz mövqeyinə təsir edib, onu istədikləri istiqamətdə dəyişməkdən ibarət idi. Azərbaycan Prezidenti İlham Əliyev dünyanın fövqəldövlətinin rəhbəri ilə görüşdən unikal diplomatik manevr hesabına faktiki olaraq imtina etdi. Bununla da hələ 23 yaşında ikən SSRİ Xarici İşlər Nazirliyinin məşhur Beynəlxalq Münasibətlər İnstitutunda diplomatiya ixtisasının incəliklərini tədris etməsinin təsadüfi olmadığını bir daha sübut etdi. Bununla da əslində bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan öz miqyası etibarilə böyük dövlət olmasa da belə, lakin sözünün mənası və çəkisi böyükdür. Qətiyyəti, iradəsi böyükdür, Prezidenti və xalqı arasındakı birliyi böyükdür. Son nəticədə, böyük dövlətlər arxasında xalqı dayanan Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsini nəzərə almaq məcburiyyətində qaldılar. Türkiyə-Ermənistan sərhədləri bu günə kimi bağlıdır. Onların açılması bağlanmasına səbəb olan amillər aradan qaldırıldıqdan sonra mümkündür. Bu hər iki qardaş dövlətin rəhbərləri olan İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın zamanın sınağından şərəflə çıxmış ortaq mövqeyidir.

Prezident İlham Əliyevin bütün diplomatik addımları milli maraqlardan çıxış etməklə zərgər dəqiqliyi ilə hesablanmışdır və bir çox hallarda siyasi opponentlərin intellekti imkan vermir ki, onlara vaxtında düzgün adekvat reaksiya versinlər. Belə unikal və uzağagedən siyasi məqsəd daşıyan addımlardan birini Prezident İlham Əliyev 2011-ci ilin iyun ayında atdı, Azərbaycan Qoşulmamaq Hərəkatına üzv oldu. Bu xəbəri eşidən kimi radikal siyasi ünsürlər hay-həşir qaldırdılar ki, mövcud iqtidar Azərbaycanı Avroatlantik məkana inteqrasiya xəttindən uzaqlaşdırır. Bu az qala dövlətçiliyimizin itirilməsinə bərabərdir və s. Sonralar həmin ünsürlər öz aralarında etiraf etmək məcburiyyətində qaldılar ki, İlham Əliyevin bu siyasi gedişinin arxasında dayanan əsl mətləbi vaxtında dərk edə bilməyiblər. Mətləb isə ondan ibarət idi ki, mahir diplomat və dövlət xadimi olan İlham Əliyev Azərbaycanın dünyanın nəhəng universal beynəlxalq təşkilatı olan BMT TŞ-ya üzv olmasını əsas siyasi hədəf kimi müəyyən etmişdi. Bu hədəf xarici siyasət fəaliyyətinin çeviklik əmsalının kəskin artımı hesabına reallaşa bilərdi. Bu halda tərkibində 193 dövlətin olduğu BMT-dən sonra sayca ikinci mövqedə dayanan Qoşulmamaq Hərəkatına (QH) (120 dövlət) üzvlük həmin məqsədin reallaşması üçün əlavə və geniş imkanlar pəncərəsi aça bilərdi. Elə belə də oldu. 2011-ci il oktyabrın 24-də BMT TŞ-ya keçirilən seçkilərdə QH üzvləri Azərbaycanın lehinə səs verdilər. Azərbaycan 155 səs ilə iki il müddətinə BMT TŞ-nın qeyri-daimi üzvü seçildi. Azərbaycan Respublikası müstəqilliyinin 20-ci ildönümündə tarixinin növbəti şanlı səhifəsini yazdı. Onun müəllifi böyük intellekt, iradə və qətiyyət sahibi olan Prezident İlham Əliyev idi.

Prezident İlham Əliyevin müəyyən etdiyi müstəqil xarici siyasət kursu dünyada bir-birinə qarşı duran qütblər tərəfindən də müsbət qiymətləndirilir. Azərbaycanın müxtəlif güc mərkəzlərindən bərabər məsafədə mövqe seçməsi, ikitərəfli münasibətlərdə bərabər hüquq, qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə sadiq qalması, eyni zamanda, ikitərəfli əməkdaşlığın heç bir halda üçüncü tərəfi hədəfə almaması reallığı beynəlxalq aləmdə dövlətimizə və onun rəhbərinə olan loyal münasibətin formalaşmasını şərtləndirən əsas amillərdir. Bu baxımdan 2017-ci ilin fevral ayında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Valeri Gerasimov ilə ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri, general Cozef Danfordun, həmin ilin sentyabr ayında general Valeri Gerasimov ilə NATO Hərbi Komitəsinin rəhbəri, general Peti Pavelin, 2018-ci ilin aprel və dekabr aylarıda general Gerasimov ilə NATO-nun Avropadakı Birləşmiş Hərbi Qüvvələrinin Baş komandanı Kertis Skaparatti , 2019-cu ilin iyul ayında Rusiyanın eyni ali hərbi rəhbərliyi ilə NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Tod Uolters arasında və nəhayət cari ilin noyabr ayında Rusiya Müdafiə nazirinin birinci müavini ordu generalı Valeri Gerasimov və NATO-nun Hərbi Komitəsinin sədri, Aviasiya Baş Marşalı ser Stüart Piç arasında görüşlərin Bakıda keçirilməsi təsadüfi sayılmamalıdır. Beləliklə, Bakı 6-cı dəfədir ki, Rusiya ilə Qərb arasındakı ali hərbi danışıqlara evsahibliyi etmiş oldu. Heç şübhəsiz, bu seçim səbəbsiz deyildir. Əsas səbəb odur ki, Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil və qətiyyətli siyasət dünyanın əsas güc mərkəzləri tərəfindən ehtiramla qarşılanır.

Məhz iti fəhmi və diplomatik məharəti hesabına Prezident İlham Əliyevin son 16 il ərzində ölkəmizin və eləcə də Avropanın enerji təhlükəsizliyinin təminatı istiqamətində atdığı şoxkombinasiyalı siyasi gedişləri heyranlıq doğurur. Nəzərə alsaq ki, enerji təhlükəsizliyi dünyanın aparıcı dövlətlərinin milli təhlükəsizlik strategiyasının həlledici elementi statusunda çıxış edir. Bu baxımdan bir sıra nüfuzlu ekspertlərin “müasir dünyanın siyasi mənzərəsi daha hərbi bloklara mənsubiyyətlə yox, enerji ehtiyatlarına malik olub-olmamaq bölgüsü ilə müəyyən ediləcək”, – fikri təsadüfi sayılmamalıdır. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft diplomatiyasını uğurla davam etdirən Prezident İlham Əliyev müxtəlif obyektiv və subyektiv çətinliklərin öhdəsindən gələrək 2006-cı ilə “Bakı-Tbilisi-Ceyhan, 2007-ci ildə “Bakı-Tbilisi-Ərzurum” kimi nəhəng neft və qaz marşrutlarının reallaşmasına nail oldu. Dövlət başçısının qeyd etdiyi kimi, “neft kəmərlərinin, xüsusilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi də tarixi hadisə idi. Təkcə ona görə yox ki, ilk dəfə olaraq Xəzər dənizinin nefti Aralıq dənizinin bazarlarına çıxarılırdı. Eyni zamanda, ona görə ki, bu kəmər yeni bir yol, yeni bir dəhliz açdı”. Söhbət ilk növbədə “Cənub” qaz dəhlizindən gedir. Onun yaradılması istiqamətində ilk addım olaraq 2011-ci ildə Avropa Komissiyası ilə Azərbaycan arasında Strateji əməkdaşlıq və enerji sahəsində Anlaşma Memorandumu, növbəti ildə isə TANAP-ın çəkilişinə dair Azərbaycan və Türkiyə arasında tarixi saziş imzalandı. Bu prosesdə ən əsas həlqələrdən biri sərmayə qoyuluşu ilə bağlı idi. 2013-cü ildə bu məsələ də öz müsbət həllini tapdı. “Şahdəniz-2” layihəsinə investisiya qoyuluşuna dair qərar qəbul edildi. 2014-cü ildə isə “Cənub” qaz dəhlizinin Bakıda təməlqoyma mərasimi keçirildi. 2015-ci ildə Qarsda TANAP-ın təməlqoyma mərasimi oldu. 2016-cı ildə anoloji addım TAP layihəsi ilə bağlı atıldı. Nəhayət, 2018-ci il mayın 29-da “Cənub” qaz dəhlizinin, iyunun 12-də isə TANAP-ın rəsmi açılış mərasimləri oldu. Cari ilin 30 noyabr tarixində isə TANAP-ın Avropa ilə birləşən hissəsinin açılışı oldu. TAP üzrə işlər 91% yerinə yetirilərək özünün yekun mərhələyə daxil olmuşdur.

Prezident İlham Əliyev “Cənub” qaz dəhlizi layihəsinin uğurunu təmin edən səbəblərdən bəhs edərkən xüsusi olaraq aşağıdakı amilləri ön plana çəkmişdir: “Birincisi, bu layihə enerji təhlükəsizliyi, enerji şaxələndirilməsi və azad rəqabəti özündə ehtiva edir. İkincisi, bu layihədə istehsalçı, istehlakçı və tranzit dövlətlər arasında balans yaratmağa nail olmuşuq. Yəni burada uduzan tərəf yoxdur. Üçüncüsü, siyasət və enerji bir-birindən ayrı olmalıdır. Enerji siyasi alət kimi istifadə edilməməlidir. Hesab edirəm ki, “Cənub” qaz dəhlizi sazişində göstərdiyimiz nümunə nümayiş etdirir ki, enerji ilə siyasət ayrılanda uğur əldə edilə bilər.”

2017-ci il sentyabrın 14-də beynəlxalq ictimaiyyət Azərbaycanın enerji təhlükəsizliyi sahəsində yeni və tarixi bir səhifə yazdığına şahidlik etdi. Həmin gün Azərbaycanın unikal enerji strategiyasının memarı olan Heydər Əliyevin adını daşıyan mərkəzdə “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni sazişin imzalanması ilə bu yataqların işlənilməsi 2050-ci ilə qədər uzadıldı.

Ölkəmizin uğurlarını gözü götürməyən, qarayaxma və iftiralarla dövlətimizin müsbət beynəlxalq imicinə kölgə salmaq istəyən ermənipərəst qüvvələr və onlarla əlbir olan bəzi siyasi dairələr iddialar irəli sürürdülər ki, Azərbaycanın nefti tükənmişdir və xarici neft şirkətləri tezliklə öz ölkələrinə qayıdacaqlar. Prezidentin çıxışında səslənən təkzibedilməz arqumentlər və yeni kontraktin imzalanması faktı əleyhdarlarımızın yuxusuna haram qatmış oldu.

Son 16 il ərzində Prezident İlham Əliyevin təşəbbüsü ilə regionda çox böyük nəqliyyat layihələri icra olunmaqdadır. Şərq-Qərb nəqliyyat marşrutu artıq reallaşıb. 2017-ci ilin oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolunun açılmasından sonra artıq bu marşrut fəaliyyətdədir. Hazırda Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması istiqamətində intensiv işlər görülməkdədir. Azərbaycan ərazisində bu dəhlizlə bağlı bütün işlər yerinə yetirilmişdir. Bu iki önəmli nəqliyyat dəhlizi yeni təşəbbüslərlə çıxış etmək üçün də imkanlar yaratmışdır. Belə ki, Bakıda Azərbaycan, Gürcüstan, Türkiyə və İranın xarici işlər nazirlərinin dördtərəfli formatda görüşü zamanı Cənub-Qərb nəqliyyat marşrutu ətrafında da məhsuldar müzakirələr aparılıb. Bu təşəbbüsün də müəllifi Prezident İlham Əliyev olub.

Prezident İlham Əliyevin uzaqgörən müdrik siyasəti sayəsində Azərbaycan son 16 il ərzində təkcə dünyanın enerji və nəqliyyat xəritəsini yenidən tərtib etmir, eyni zamanda, dünyada ümumbəşəri dəyərlərin qorunması və təbliğı istiqamətində fantastik nailiyyətlərə imza atır. Dünyada sivilizasiyalararası dialoq sahəsində ciddi problemlərin yaşanması, bu fonda konfliktlərin artması tendensiyasının müşayiət olunması, xüsusilə də islamafoboya kimi təhlükəli meyllərin bir sira dövlətlərin və digər subyektlərin siyasətində özünə geniş yer alması reallığında Azərbaycanın mədəniyyətlərarası dialoq məkanına çevrilməsi faktı da qlobal əhəmiyyət kəsb edən məsələdir. Bu məsələlərin həlli istiqamətində Azərbaycanın təcrübəsi digər ölkələr üçün örnək ola bilər.

“Multikulturalizm bizim adət-ənənəmizdir. Multikulturalizm-dövlət siyasəti və ictimai sifarişdir. Multikulturalizm bizim həyat tərzimizdir”,-deyən Prezident İlham Əliyevin təşəbbüsü ilə bu il 10 illiyini qeyt etdiyimiz “Bakı prosesi”nin əsası qoyulub. Bu təşəbbüs BMT çərçivəsində yüksək dəyərləndirilmişdir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan paytaxtı iki illik fasilə ilə iki müxtəlif mədəniyyətin daşıyıcılıarının böyük idman bayramlarına ev sahibliyi etmişdir. 2015-ci ildə tarixdə ilk dəfə olaraq I Avropa Oyunlarını keçirən Azərbaycan Respublikası, 2017-cildə IV İslam Həmrəylik oyunlarına ev sahibliyi etməklə mədəniyyətlər arasında unikal körpü rolunu oynamış və idman vasitəsilə sivilizasiyalararası barışıq və dialoqa böyük töhfə verib. Eyni məntiqdən qaynaqlanaraq Prezident İlham Əliyev 2017-ci ili “İslam Həmrəylik İli” elan etmişdir. Cənab İlham Əliyevin islam həmrəyliyinə xidmət edən bu və digər təşəbbüsləri müsəlman dünyasında geniş rəğbət hissi ilə qarşılanmış və böyük siyasi rezonans doğurmuşdur.

Bu ilin 15 oktyabr tarixində Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşünün keçirilməsi və quruma sədrliyin Azərbaycan həvalə edilməsi, 25-26 oktyabr tarixlərində Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə görüşünün keçirilməsi və Azərbaycana tərkibində BMT-yə üzv dövlətlərin 2/3-nin təmsil olunduğu bu nəhəng beynəlxalq quruma 3 il müddətinə sədrlik etmək hüququnun verilməsi, 14 noyabr tarixində Bakı şəhərinin Dünya dini liderlərinin II Bakı Sammitinə ev sahibliyi etməsi və digər mühüm tədbirlər, heç şübhəsiz, müəllifi Prezident İlham Əliyevin olduğu Azərbaycanın müstəqil və milli maraqlara söykənən fəal xarici siyasət kursunun böyük uğurları kimi qiymətləndirilməlidir.

Bu, bir həqiqətdir ki, əgər Ermənistanın Azərbaycana təcavüzü və etnik təmizləmə siyasəti olmasaydı Prezident İlham Əliyevin rəhbərliyi altında son 16 ildə həm daxili, həm də xarici siyasətdə qazandığımız uğurların miqyası daha da böyük olardı. Münaqişənin hələ də həllini tapa bilməməsi reallığına baxmayaraq, Azərbaycanın son 16 il ərzində konfliktin həlli prosesində siyasi, diplomatik və hərbi üstünlüyünü təmin edilmişdir. Əvvəla, Ermənistanın bütün çoxsaylı cəhdlərinə baxmayaraq, heç bir beynəlxalq subyekt, o cümlədən rəsmi İrəvanın özü də separatçı rejimin müstəqilliyin tanımamışdır. Bu, Azərbaycanın mühüm siyasi üstünlüyüdür. İkincisi, Ermənistanın separtçı rejimdə keçirdiyi son qondarma referendumun nəticələrini heç bir dünya dövləti və ya beynəlxalq təşkilat qəbul etməmişdir. Bu, əslində beynəlxalq birliyin Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul etməsinin bariz nümunəsidir. Bu, eyni zamanda Azərbaycanın diplomatik üstünlüyü deməkdir. Nəhayət, 2016-cı ildə Ermənistan silahlı qüvvələrinin aprel avantürası onların məğlubedilməzliyi haqqında mifin bir neçə gün ərzində Azərbaycanın şanlı ordusunun əks həmləsi ilə darmadağın edilməsinə gətirib çıxartdı. Bu qələbə Azərbaycan ordusunun hərbi texniki təchizatı və döyüş ruhunun ən yüksək səviyyədə olduğunu bütün dünyaya nümayiş etdirdi. Deməli, münaqişənin tənzimlənməsi prosesində Azərbaycanın hərbi üstünlüyü də təmin edilmişdir. Bu, bir həqiqətdir ki, Azərbaycan ordusu dünyada ön güclü 50 ordu sirasındadır. Azərbaycan paytaxtında keçirilmiş son iki hərbi parad bu həqiqəti növbəti dəfə təsdiqlədi. Azərbaycanın milli hərbi sənaye kompleksi formalaşmışdır. Son illər ərzində ölkəmizdə 20 hərbi zavod tikilib istifadəyə verilmişdir. Bu zavodlarda 1200 adda hərbi təyinatlı məhsullar istehsal edilir. Bu məhsullar dünyanın müxtəlif ölkələrinə, o cümlədən Azərbaycanda keçirilən müdafiə sənayesi sərgilərində təqdim olunur və müsbət reaksiyalar doğurmaqdadır.

Ali Baş Komandan İlham Əliyevin təcavüzkar Ermənistan dövlətinə qarşı son 16 ildə tətbiq etdiyi dərinləşməkdə olan iqtisadi vı nəqliyyat blokadası siyasəti, başqa sözlə, təcavüzkar ölkəyə münasibətdə istifadə olunan “taqətdənsalma taktikası” öz real nəticələrini verməkdədir. Ən mühüm nəticələrdən biri və bəlkə də, birincisi Ermənistanda inqilabın baş verməsi və 20 ildir ki, bu ölkədə bərqərar olmuş xunta rejiminə son qoyulmasıdır. İnqilabi proseslərin dalğasında hakimiyyətə gəlmiş Nikol Paşinyan hökuməti münaqişənin tənzimlənməsi istiqamətində sələflərinin buraxdığı kobud səhvlərdən nəticə çixarmalı və konstruktiv davranış tərzi nümayiş etdirməlidir. Bilməlidir ki, Ermənistanda bütüm siyasi və iqtisadi fəlakətlərin əsasında dayanan əsas amil işğalçıllıq siyasətidir. Onun davamı yeni Ermənistan hökumətini də Sarkisyanın sığınacaq tapdığı tarixin çirkli zibilxanasına yuvarlaya bilər. Əksi isə tunelin sonu və işığın bərq vurması deməkdir. Seçim üçün tarix Ermənistana heç də intəhasız vaxt ayrılmayıbdır.

Təəssüf ki, Nikol Paşinyanın münaqişənin həlli ilə bağlı davranışı onun yaxın tarixi keçmişdən müvafiq nəticələr çıxarmadığını təsdiqləyir. O, öz sələfləri kimi daxili auditoriyaya ünvanlanmış populist, məsuliyyətsiz, ziddiyyətli və bir çox hallarda avantürist bəyanatlar verməkdə davam edir. Xüsusilə Nikol Paşintyanın cari ilin 5 avqust tarixində işğal altındakı Azərbaycan ərazisində-Xankəndində dar əhatədə səsləndirdiyi “Dağlıq Qarbağ Ermənistandır. Nöqtə” sərsəm fikri işğalçı ölkənin özündə belə qeyri-ciddi və populsit mövqe kimi qarşılanmışdır. Azərbaycan xalqı isə görür ki, Prezident İlham Əliyev ən mühüm ümummilli problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində son dərəcə prinsipiallıq və qətiyyət göstərir. Sonuncu dəfə bu davranışı Soçidə “Valday” Beynəlxalq Diskusiya Klubunun plenar sessiyasında nümayiş etdirdi. Münaqişənin tarixi, Ermənistanın işğalçılıq siyasətinin humanitar fəlakət törətməsi, beynəlxalq hüququn işləməməsi, BMT TŞ-ının müvafiq qətnamələrinin kağız səviyyəsinə enməsi, təcavüzkar dövlətin yeni rəhbərliynin populist və məsuliyyətsiz bəyanatlar səsləndirməsi kmi həqiqətləri lazımi məqamda və yerdə dünya ictimaiyyətinə çatdırdı. Çıxışının sonunda isə Paşinyanın dar çərçivədə söylədiyi və daxili auditoriyaya ünvanlanmış “ Dağlıq Qarabağ Ermənistandır. Nöqtə” sayıqlamasına qarşı “ Dağlıq Qarabağ Azərbaycandır və Nida işarəsi “ hökmünü irəli sürdü. Prezidentin bu qətiyyətli mövqeyi Azərbaycanda böyük coşqu və ruh yüksəkliyi ilə qarşılanmışdır. Bu ümumxalq ruhunun məntiqi nəticəsi olaraq Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov “ Dağlıq Qarabağ Azərbaycandır! “ İctimai Hərəkatının yaradılması təşəbbüsü ilə çıxış etmişdir. Bu təşəbbüs cəmiyyətimiz daxilində, xüsusilə gənclər arasında böyük rezonans doğurmuşdur. Ermənistan isə matəm içindədir. Paşinyanın ən qatı silahdaşları belə onu böyük diplomatik məğlubiyyətdə qınayır, Azərbaycan Prezidentinin böyük uğurunu etiraf edirlər. Yaranan yeni reallıqda Ermənistanda da “Valday” məğlubiyyətindən irəli gələrək bir ictimai hərəkat formalaşmağa başlamışdır. Bu hərəkat “Dağlıq Qarabağ Ermənistandır” adlanmır. Onu adı “ Paşinyandan xilas hərəkatı”dır.

Prezident İlham Əliyev hücum taktikasından istifadə edərək işğalçı Ermənistanın rəhbərliyinə siyasi kürsülərdən bir-birinin ardınca zərbələr vurmaqda davam edir. Azərbaycan Prezidentinin Valday Beynəlxalq Diskussiya Klubunun sessiyasından sonra Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışı Ermənistana və bu ölkənin baş naziri Nikol Paşinyana növbəti tərs sillə oldu. Azərbaycan Prezidenti öz çıxışında ölkəmizin faşizm üzərində qələbə qazanmasında müstəsna xidmətləri barədə danışaraq vurğuladı ki, Bakı nefti olmasaydı, sovet ordusu düşmənə qalib gələ bilməzdi. Faktlarla və arqumentlərə istinad edərək danışan Prezident İlham Əliyev bunun qarşılığında MDB məkanında, xüsusən Ermənistanda faşizmin təbliğatının aparıldığını, faşizmə xidmət edən şəxslərin xatirəsinə abidə ucaldılmasının qəbuledilməz olduğunu təəssüf hissi ilə iclas iştirakçılarının diqqətinə çatdırdı. Prezident İlham Əliyev vurğuladı ki, 2016-cı ildə Ermənistan İrəvanın mərkəzində Böyük Vətən Müharibəsində faşistlərə yardım etmiş Qaregin Njdeyə 6 metr hündürlüyündə abidə ucaldılmışdır. Dövlət başçısı Qaregin Njdenin birbaşa faşistlərlə əməkdaşlıq etməsini konkret faktlarla sübut edərək 2011-2015-ci illərdə hazırlanmış 12 cildlik ensiklopediyanın 6-cı cildindən, habelə Rusiya XİN-in 2019-cu iln may ayında hazırladığı anoloji məzmunlu hesabatdan sitatlar gətirdi. Ensiklopediyanın Rusiyanın Müdafiə Nazirliyinin Kollegiyası tərəfindən, Müdafiə naziri Sergey Şoyqunun birbaşa rəhbərliyi ilə hazırlandığını və ciddi mənbə olduğunu vurğuladı. Azərbaycan lideri bununla da siyasi hoqqabazlıq edən Nikol Paşinyanı susdurdu, onun iddialarını darmadağın etdi. Dövlət başçısının bu çıxışından sonra erməni mətbuatı Nikol Paşinyanı kəskin tənqid atəşinə tutdu. Onu səriştəsiz, savadsız və populist siyasətçi adlandırdı. Prezident İlham Əliyevin isə lazımi yerdə və lazımi məqamda Azərbaycan həqiqətlərini ən yüksək tribunalardan səsləndirməyi bacaran xarizmalı lider kimi xarakterizə etdi.

“Azərbaycan müxalifətinin radikal kəsimi-AXCP və özünü “Milli Şura” kimi təqdim edən siyasi qruplaşmalar yenə sevinmirlər, qəmə batıblar. Revanşist düşüncələr girdabında boğulmaqdadırlar. Çarəni nəticəsinə özlərinin də inanmadıqları növbəti piket və mitinqlərdə axtarırlar. Xalq arxasında dayandığı öz Prezidentinin “Dağlıq Qarabağ Azərbaycandır. Nida işarəsi" siyası ideyası ətrafında birləşib, milli birlik və həmrəylik nümayiş etdirir, müxalifət isə “hakimiyyət sevdası” ilə alışıb-yanır. Heç bir sosial bazaya malik olmayan və əslində xalq tərəfindən baykot edilən bu antimilli qruplaşmalar “çarəsizlik sindromu”nun doğurduğu psixoloji apatiya vəziyyətində qarşıdan gələn 9 fevral növbədənkənar parlament seçkilərini “baykot” etdiklərini qışqırırlar. Xalq onların hay-həşirinə qətiyyən məhəl qoymur. Xalqın üz döndərdiyi “psevdosiyasətçi”lər əslində bütün nəticələri və fəsadları etibarilə “siyasi yalquzaq” taleyi yaşamağa məhkumdurlar.

Bu iqtidar, bu da radikal müxalifət davranışı. Fərq göz qabağındadır. Bu fərqi dünya birliyi də görür və qəbul edir. Həm də möhtərəm Prezidentimiz İlham Əliyevin səsləndirdiyi “Azərbaycan tarixində heç bir zaman indiki qədər güclü və qüdrətli olmayıb”,- fikrini təsdiqləyirlər. Elə bu baxımdan təsadüfi deyildir ki, ABŞ-ın nüfuzlu “U.S.News & World Report” jurnalının açıqladığı 2019-cu ildə dünyanın ən güclü ölkələrinin reytinq siyahısında Azərbaycan 80 ölkə arasında 45-ci yerdə qərarlaşıb. Bu nəticə ilə Azərbaycan hətta bir neçə Avropa ölkəsini – Xorvatiya, Çexiya, Latviya, Rumıniya, Slovakiya, Sloveniya, Estoniya və Portuqaliyanı geridə qoyub. Məlumat üçün qeyd edək ki, reytinq siyahı ABŞ-ın nüfuzlu Pensilvaniya Universitetinin “BAV Group & Wharton School” qrupunun analitikləri tərəfindən tərtib edilib.

Beləliklə, yuxarıda apardığımız təhlil və analizlər o qənaətə gəlməyə əsas verir ki, dövlət iki halda beynəlxalq güclərin təzyiq obyektinə çevrilir. Birinci hal dövlət zəif olanda baş verir. Həmin dövlətin ilk növbədə ərazi bütövlüyü və suverenliyi böyük təhlükə altına düşür. Kecən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan anoloji vəziyyəti yaşayıb. İkinci hal isə, nə qədər paradoksal səslənsə də, dövlət güclü olanda labüdləşir. Azərbaycan bütün parametrlərə görə regional gücə-liderə çevrilib. Deməli, bu reallığı qəbul edə bilməyən beynəlxalq qüvvələrin və onların miskin əlal


Create Account



Log In Your Account