Feb 14 2018 15:47
Ferah Sabirqizi
Views: 411

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Azərbaycan prezidenti, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyevin namizədliyinin irəli sürülməsinin təsdiq olunması məsələsi müzakirəyə çıxarılıb.

İclasda qeyd olunub ki, İlham Əliyevin prezidentliyə namizədliyinin təsdiq edilməsi üçün bütün əsaslar mövcuddur. Daha sonra məsələ səsə qoyulub və İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiq edilib.

Prezident İlham Əliyevin aprelin 11-nə təyin edilən növbədənkənar prezident seçkilərinə hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb.

 


Create Account



Log In Your Account