Apr 20 2020 15:54
Elshad Aliyev
Views: 88

“Light” markalı xam neftinin bir barrelinin qiyməti 12 dollara düşüb.

AZƏRTAC xəbər verir ki, hazırda “Light”ın bir barreli Nyu-Yorkun NYMEX birjasında 12,97 dollara satılır.

Aprelin 15-nə olan məlumata görə, ABŞ-ın ən böyük neft anbarı olan “Cushing”də xam neft ehtiyatları son 3 həftədə təxminən 16 milyon barrel artaraq 55 milyon barrelə çatıb. Qiymətin kəskin ucuzlaşmasına səbəb də anbarların maksimum səviyyələrdə dolmasıdır.

Xatırladaq ki, ABŞ neftinin qiyməti sonuncu dəfə 1999-cu ildə bu səviyyələrdə olub.


Create Account



Log In Your Account