Jun 19 2020 14:45
Elshad Aliyev
Views: 71

ABŞ-ın “Light” markalı xam neftinin qısamüddətli fyuçers müqavilələrin qiyməti 3 ay sonra uzunmüddətli fyuçers müqavilələrinin qiymətini üstələyib.

AZƏRTAC xəbər verir ki, “backwardation” adlandırılan proses nəticəsində son 3 ayda ilk dəfə “Light”ın qısamüddətli fyuçers müqavilələri uzunmüddətli fyuçers müqavilələrindən baha satılır.

Ekspertlərə görə, bu, yay aylarında ABŞ-da nəqliyyat vasitələrindən istifadəsinin artması nəticəsində tədarükün azalması ilə əlaqədardır.

Hazırda “Light” neftinin bir barreli Nyu-Yorkun NYMEX birjasında 40 dollardan baha satılır.

 


Create Account



Log In Your Account