Nov 27 2019 12:38
Elshad Aliyev
Views: 233

Dekabrın 23-nə təyin edilən bələdiyyə seçkilərinin Seçki Məcəlləsinin tələblərinə uyğun, azad, ədalətli və şəffaf keçirilməsi üçün ölkəmizdə bütün zəruri addımlar atılır. Azərbaycanın hər bir vətəndaşı kimi gənclər də seçkilərdə fəal iştirak etməli, öz seçki hüquqlarından bəhrələnməlidirlər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Ağcabədi Pedaqoji Kollecində bələdiyyə seçkilərində ilk dəfə səs verəcək gənclərlə keçirilən görüşdə səsləndirilib.

Ağcabədi Rayon Gənclər və İdman idarəsinin rəis müavini Eldəniz Qənbərov seçkilərdə ilk dəfə iştirak edəcək gəncləri təbrik edib, gənclərin ictimai-siyasi həyatda oynadığı fəal roldan, seçkilərin azad, demokratik və ədalətli şəkildə keçirilməsi üçün ölkəmizdə görülən işlərdən danışıb. Bələdiyyə seçkilərində cəmiyyətimizin aparıcı qüvvəsi olan gənclərin iştirakının əhəmiyyətli olduğunu qeyd edərək, hər kəsi seçki hüquqdan istifadə edərək səsvermə prosesində fəal iştirak etməyə çağırıb.

82 saylı Ağcabədi seçki dairəsi dairə seçki komissiyasının katibi Sadiq Həsənov, kollecin direktoru Mirələm İbrahimli və başqaları çıxış edərək, gənclərə seçki qanunvericiliyi və bu sahədə qəbul edilmiş hüquqi aktlar, seçki prosesinin gedişi, səsvermə proseduru və qaydaları barədə məlumat veriblər.

Tədbirdə seçkilərdə ilk dəfə iştirak edəcək gəncləri maraqlandıran suallar cavablandırılıb.


Create Account



Log In Your Account