Apr 01 2017 13:30
Ulviyye Sabirqizi
Views: 1373

Bu gün Bakıda “Transxəzər nəqliyyat dəhlizi” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin iclasının protokolunun imzalanma mərasimi baş tutub.

CBC-nin məlumatına görə, protokolu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Qazaxıstan Dəmir Yolları” SC-nin prezidenti Kanat Alpısbayev və “Gürcüstan Dəmir Yolları” SC-nin sədri Mamuka Baxtadze imzalayıblar.

İclasın protokoluna əsasən, tərəflər “Transxəzər nəqliyyat dəhlizi” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinə üzvlük barədə əsasnaməni, nəqliyyat dəhlizinin inkişafı üzrə işçi qrupunun tərkibi və əsasnaməsini, 2017-ci il üçün tədbirlər planınə və digər məsələləri təsdiq ediblər.


Create Account



Log In Your Account