Jun 13 2018 15:19
Ferah Sabirqizi
Views: 129

Azərbaycanda neft hasilatı 1,2 faiz artıb, əmtəəlik qaz hasilatı isə 8,2 faiz azalıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən bu ilin yanvar-may aylarında 19,2 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz çox sənaye məhsulu istehsal edilib. Sənayenin neft sektorunda məhsul istehsalı 0,3 faiz azalıb. Sənaye məhsulunun 73,2 faizi mədənçıxarma sektorunda, 4,2 faizi isə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsal olunub. Mədənçıxarma sektorunda neft hasilatı 1,2 faiz artıb, əmtəəlik qaz hasilatı 8,2 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 3 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,1 faiz artıb.


Create Account



Log In Your Account