Aug 10 2020 16:42
Elshad Aliyev
Views: 110

2020/2021-ci il mövsümündə Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək klublarımızın rəqibləri müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, mübarizəyə birinci təsnifat mərhələsindən başlayacaq “Neftçi” Şimali Makedoniyanın “Şkupi”, “Sumqayıt” Şimali Makedoniyanın digər təmsilçisi “Şkendiya”, “Keşlə” isə Albaniyanın “Laçi” komandası ilə qarşılaşacaq.

Püşkatmaya əsasən təmsilçilərimiz oyunlarını öz meydanında keçirəcəklər.

COVID-19 pandemiyası ilə əlaqədar bir oyundan ibarət olacaq qarşılaşmalar avqustun 27-də keçiriləcək.

 


Create Account



Log In Your Account