Apr 08 2020 18:00
Elshad Aliyev
Views: 160

Ölkəmizdə koronavirusa (COVID-19) infeksiyasına daha 105 nəfər yoluxub. Naxçıvan Muxtar Respublikasında yoluxanların sayı da bu rəqəmə daxildir. Bununla yanaşı, 19 nəfər sağalaraq evə buraxılıb.

AZƏRTC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin - TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

"Hazırkı dövrədək ölkəmizdə 822 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 63 nəfəri müalicə olunaraq sağalıb, 8 nəfər həyatını itirib. Ölkəmizdə aktiv xəstə sayı 751 nəfərdir", deyə Ramin Bayramlı bildirib.

R.Bayramlı ölkədə koronavirusa yoluxmuş xəstələrin 2 yaşdan 89 yaşa kimi olduğunu bildirib. O, həmçinin diqqətə çatdırıb ki, gənclər arasında da xəstəliyi ağır keçirənlər var.


Create Account



Log In Your Account