Dec 06 2019 10:21
Elshad Aliyev
Views: 153

Azərbaycanın Belçika Krallığında və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyinin, Lüksemburq-Azərbaycan Ticarət Palatasının və Lüksemburqda “Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə Mədəniyyət Mərkəzində “Mincə sənət” qalereyası sərgisinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, sərgidə Azərbaycanda, eləcə də ölkəmizin hüdudlarından kənarda yaşayan rəssamların, sənətkarların əsərləri və əl işləri nümayiş etdirilib. Azərbaycan tarixini, mədəni irsini, adət-ənənələrini əks etdirən, həmçinin portret və təbiət mövzusunda rəsm əsərləri, milli ornamentlərimiz əsasında hazırlanmış aksesuarlar və əl işləri nümayiş olunub.

Əsas məqsədi mədəniyyətimizin təşviqi və təbliği olan “Mincə sənət” qalereyasının direktoru Fidan Bədəlova sərgi haqqında məlumat verib. Sərgidə 40 rəssam və sənətkarın 50-dən çox rəsm və əl işi nümayiş etdirilib.

Sərgi dekabrın 7-dək davam edəcək.


Create Account



Log In Your Account