Jan 13 2017 13:12
Ulviyye Sabirqizi
Views: 2154

"Bir çox ölkədə, hətta həmsərhəd dövlətlərdə dəfələrlə epidemioloji alovlanmalar olmasına, Azərbaycana çoxsaylı turistin gəlməsinə baxmayaraq, yoluxucu xəstəliklərin qarşısı alınıb".

CBC-nin xəbərinə görə, səhiyyə naziri Oqtay Şirəliyev bildirib ki, Azərbaycanda epidemioloji sabitliyin qorunması sahəsində Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və Səhiyyə Nazirliyinin birgə səmərəli fəaliyyəti nəticəsində uğur qazanmaq mümkün olub.

İcbari tibbi sığortadan danışan nazir qeyd edib ki, neçə ildir, mətbuatda və cəmiyyətdə onun tez bir zamanda tətbiqi ilə bağlı çağırışlar səslənir:

“İcbari tibbi sığortanın tətbiqi üçün güclü maddi-texniki baza lazım idi. Şərait, lazımi avadanlıqlar və s. olmadığı dövrdə tibbi sığorta tətbiq olunsaydı, uğursuzluqla nəticələnərdi. Ancaq bu gün belə problemlər yoxdur. Nəhayət, 2017-ci ilin yanvarında Yevlaxda və Mingəçevirdə icbari tibbi sığorta sınaq layihə kimi fəaliyyətə başlayır. Pilot layihənin uğurlu olması çox vacibdir, çünki onun nəticələrindən asılı olaraq bu sistem bütün ölkəyə tətbiq edilə bilər. İcbari tibbi sığorta tibbi xidmətin inkişaf etdirilməsi, keyfiyyətinin artırılması baxımından bizə hava-su kimi vacibdir”.

 


Create Account



Log In Your Account