Apr 23 2020 13:54
Elshad Aliyev
Views: 64

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ilə BMT-nin İnkişaf Proqramının (BMTİP) birgə icra etdiyi “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsi çərçivəsində əlilliyi olan şəxslər üçün kiçik bizneslərin qurulmasına başlanıldı.

Bu barədə AZƏRTAC-a nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildirilib.

İlk mərhələ kimi Şəmkir rayonunda əlilliyi olan şəxslərə arıçılıq üzrə kiçik bizneslərini qurmaları üçün aktivlər (arı ailələri, zəruri ləvazimatlar) verilib.

Yaxın günlərdə Şamaxı, Zaqatala rayonları və Sumqayıt şəhərində də bu proses davam edəcək.

Layihə üzrə 500 nəfər əlilliyi olan şəxsin kiçik biznesə çıxışına şərait yaradılması nəzərdə tutulub. Layihənin icrası üçün 12 pilot şəhər və rayon müəyyən edilib. Həmin bölgələr üzrə işsiz kimi qeydiyyatda olan əlilliyi olan şəxslər arasından layihənin iştirakçılarının seçimi aparılıb.


Create Account



Log In Your Account