Dec 21 2016 14:38
Ferah Sabirqizi
Views: 825

ABŞ-ın San-Fransisko şəhərində yaşayan 49 yaşlı Jayeş Patel ötən həftə sonu işdən vaxtında çıxsa da, evə qayıtmayıb. Bundan nigaran qalan həyat yoldaşı nəsə pis hadisə baş verdiyindən şübhələnib və polisə məlumat verib.

Üç gün ərzində polis işçiləri itkin düşən şəxsi tapa bilməyiblər. Belə olanda, qadın özü axtarışlara başlayıb. O, iPhone-dakı 'find my iPhone' (iPhone-umu tap) proqramının köməyilə ərinin izinə düşür. Və itkin düşən adamın yerini müəyyənləşdirir.

Məlum olur ki, Jayeşin idarə etdiyi maşın magistraldan kənara çıxıb. Maşının içində onun cansız bədənini tapırlar. Ərini öz gücünə tapan qadın bu tapıntı haqqında sonradan polisə məlumat verir.

 


Create Account



Log In Your Account