Nov 06 2019 15:06
Elshad Aliyev
Views: 40

İlin sonunadək “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanun layihəsi Nazirlər Kabinetinə təqdim olunacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri vəzifəsini icra edən İbrahim Alışov noyabrın 6-da Bakıda keçirilən IV Beynəlxalq Bankçılıq Forumunda deyib.

“Qanun layihəsi hazırlanıb. 9 fəsil və 72 maddədən ibarət olan sənəd müzakirə olunub və müvafiq strukturlar tərəfindən baxılıb. Layihə ilin sonunadək Nazirlər Kabinetinə təqdim olunacaq. Layihə Dünya Bankı ekspertlərinin dəstəyi və Gürcüstan, Türkiyə, Rusiya, Sinqapur, Malayziya və Böyük Britaniyanın təcrübəsi nəzərə alınmaqla hazırlanıb”, - deyə İ.Alışov qeyd edib.


Create Account



Log In Your Account