Apr 30 2020 18:05
Elshad Aliyev
Views: 140

Koronavirusun ilk dəfə meydana çıxdığı Çində görülən tədbirlərin neft tələbatına təsirləri yanvar ayının sonuna görünməyə başlayıb. Nəticədə, 2019-cu ilin birinci rübü ilə müqayisədə cari ilin eyni dövründə qlobal neftə tələbatı 13 faiz azalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyi (IEA) məlumat yayıb.

IEA-ya görə, avtomobil yanacağına tələbatın 33 faiz və aviasiyada istifadə olunan reaktiv yanacağa tələbatın isə 28 azalması ilin ilk rübündə azalmaya neft tələbatının geriləməsinə təsir edən ən böyük amillərdəndir.

Cari ildə neftə olan tələbatın gündəlik orta hesabla 9,3 milyon barreldən azalacağı gözlənilir. Aprel ayında tələbatın sutkada 29 milyon barrel azalacağı, ilin ikinci yarısından isə tədricən bərpa olunacağı nəzərdə tutulur.

Lakin ilin sonunda belə tələbatın bərpa olunmasının böhrandan əvvəlki səviyyəyə çatacağı gözlənilmir.


Create Account



Log In Your Account