Mar 19 2021 11:21
Elshad Aliyev
Views: 136

Lənkəran Şəhər Gənclər və İdman İdarəsi kollektivi Novruz bayramı münasibətilə xüsusi karantin rejiminin tələblərinə riayət etməklə şəhərdəki Osman Mirzəyev adına qarışıq tipli uşaq evində yaşayan balacalara baş çəkiblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İdarənin rəisi Mikayıl Cəfərzadə uşaq evinin kollektivini və burada yaşayan uşaqları Novruz bayramı münasibətilə təbrik edib. Bildirib ki, ölkəmizdə sosial qayğıya ehtiyacı olan uşaqlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir.

Aksiya zamanı uşaqlara bayram sovqatları paylanılıb.

 


Create Account



Log In Your Account