Mar 23 2017 10:18
Ulviyye Sabirqizi
Views: 1327

Londonda törədilən terror aktı nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

CBC-nin məlumatına görə, bu barədə BBC London polisinə istinadən  xəbər verib.

Hadisə nəticəsində yaralananların sayı isə 40-a çatıb.  

“Hazırda yaralıların sayı 40 nəfərdir. Onlardan bəzilərinin vəziyyəti ağır kimi qiymətləndirilir. Ümumilikdə hadisə nəticəsində 1 polis əməkdaşı daxil olmaqla 5 nəfər həyatını itirib” - deyə Skotland-Yardın terrora qarşı mübarizə bölməsinin rəisi Mark Rouli bildirib.

London polisinin nümayəndəsi həmçinin bildirib ki, terror aktını törədən şəxsin kimliyi  hazırkı mərhələdə açıqlanmayacaq.

Xatırladaq ki, dünən naməlum şəxs Vestminster körpüsündə bir neçə nəfəri avtomobillə vurub və daha sonra  parlament binasına yaxınlaşaraq polisi bıçaqlayıb. O, digər polislər tərəfindən atəş açılaraq zərərsizləşdirilib.

 


Create Account



Log In Your Account