Nov 28 2019 14:42
Elshad Aliyev
Views: 76

İspaniyanın “Barselona” futbol klubunun kapitanı Lionel Messi növbəti rekorda imza atıb.

AZƏRTAC xəbər verir ki, 32 yaşlı argentinalı hücumçu UEFA Çempionlar Liqasının qrup mərhələsinin V turunda “Borussiya Dortmund” komandası ilə matçda (3:1) bir qol vurub və iki məhsuldar ötürmə edib. Lionel Messi qitənin ən nüfuzlu turnirində 34 fərqli kluba qol vuran ilk futbolçu olub.

Kataloniya klubunun kapitanı bu nəticə ilə Kriştiano Ronaldo və Raul Qonzalesi (33 klub) geridə qoyub.

Qeyd edək ki, L.Messi cari mövsümdə “Barselona”nın heyətində keçirdiyi 13 oyunda 10 qol vurub və 8 məhsuldar ötürmə edib.


Create Account



Log In Your Account