Jun 25 2021 12:55
Elshad Aliyev
Views: 188

Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən lisey və gimnaziyalara mərkəzləşdirilmiş şəkildə keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, şagirdlər “sy.edu.az” portalı üzərindən yaradılmış “Şəxsi kabinet”lərinə daxil olaraq imtahan nəticələrini öyrənə bilərlər. Minimum 30 faiz nəticə göstərmiş şagirdlər seçim mərhələsinə buraxılıb.

Seçim mərhələsində iştirak hüququ qazanmış şagirdlər iyulun 5-i saat 17:00-dək lisey və gimnaziyalar arasından seçim etməlidirlər. Seçim etdikdən sonra şagirdlər imtahan balı və qeyd etdikləri ardıcıllıq əsasında mərkəzi sistem tərəfindən müvafiq lisey və ya gimnaziyaya yerləşdiriləcək. Qeyd olunmuş müddət bitdikdən sonra seçim etmək və ya seçimlərdə hər hansı dəyişiklik etmək mümkün deyil.

Qeyd edək ki, qəbul imtahanlarının nəticələri ilə bağlı müraciətlər iyunun 29-dək info@olimpiada.edu.az elektron ünvanı vasitəsilə qəbul edilir.

 


Create Account



Log In Your Account