Nov 25 2019 16:34
Elshad Aliyev
Views: 728

Prezident İlham Əliyev “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

Dəyişikliyə əsasən, “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1180) aşağıdakı məzmunda 32-ci maddə əlavə edilir:

“Maddə 32. Keçid müddəası

Bu Qanunda nəzərdə tutulmuş Azad Zona səlahiyyətli qurumu və onun İdarə Heyəti formalaşana qədər Azad Zona səlahiyyətli qurumunun və İdarə Heyətinin hüquqlarını və vəzifələrini müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan müvəqqəti idarəetmə qurumu həyata keçirir”.


Create Account



Log In Your Account