Mar 03 2020 11:58
Elshad Aliyev
Views: 80

Yeni tip koronavirusun (COVID-19) Avropada yayılması ilə əlaqədar Litva dövlət sərhədlərində əlavə tədbirlər görməyə başlayıb.

Sərhədçilər Latviya və Polşadan gələnləri virusla bağlı məlumatlandırır, onlara virusun əlamətləri və ondan qorunmaq yolları barədə broşurlar verirlər.

AZƏRTAC xəbər verir ki, Litva Dövlət Sərhəd Mühafizə Xidmətinin rəisi Rüstəm Lyubayevin “BNS” agentliyinə verdiyi məlumata görə, belə tədbirlər Estoniyada koronavirusun aşkarlandığı barədə məlumat təsdiqlənəndən sonra həyata keçirilməyə başlanılıb.


Create Account



Log In Your Account