May 28 2021 12:38
Elshad Aliyev
Views: 105

Litva Seyminin spikeri Viktoriya Semilte-Nielsen Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

APA-nın xəbərinə görə, bu barədə Litva Seyminin spikeri “Twitter”də bildirib.

“Azərbaycanı Respublika Günü münasibətilə təbrik edirəm! Azərbaycan xalqına sülh və uğur arzu edirəm. Azərbaycan Parlamentinin nümayəndə heyətini və Parlamentin sədri Sahibə Qafarovanı Litva Seymində qarşılamağı səbirsizliklə gözləyirəm”, - deyə Viktoriya Semilte-Nielsen qeyd edib.


Create Account



Log In Your Account