Apr 07 2020 09:33
Elshad Aliyev
Views: 72

Litvada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 32 nəfər artaraq, 811-dən 843-ə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Litvanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 25 min 599 nəfər müayinə olunub.

Nazirliyin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə 1954 nəfərdən 32-nin analiz nəticəsi müsbət çıxıb.

Virusa yeni yoluxma hallarının artacağı istisna olunmur.

Qeyd edək ki, ölkədə bu günə qədər koronavirusdan 14 ölüm hadisəsi qeydə alınıb.


Create Account



Log In Your Account