Apr 13 2020 09:42
Elshad Aliyev
Views: 66

Litvada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 27 nəfər artaraq 1026-dən 1053-ə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Litvanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 40 min 712 nəfər müayinə olunub.

Nazirliyin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə 2113 nəfərdən 27-nin analizinin nəticəsi müsbət çıxıb.

Virusa yeni yoluxma hallarının artacağı istisna olunmur.

Qeyd edək ki, ölkədə bu günə qədər koronavirusdan 23 ölüm hadisəsi qeydə alınıb.


Create Account



Log In Your Account