Apr 29 2020 17:52
Elshad Aliyev
Views: 152

Litvada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 31 nəfər artaraq 1375-ə çatıb. AZƏRTAC xəbər verir ki, bu barədə Litvanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 118 min 201 nəfər müayinə olunub.

Nazirliyin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə 6392 nəfərdən götürülən analizin 31-nin nəticəsi müsbət çıxıb.

Virusa yeni yoluxma hallarının artacağı istisna olunmur.

Qeyd edək ki, indiyədək bu ölkədə koronavirusdan 45 ölüm faktı qeydə alınıb.

 


Create Account



Log In Your Account