May 21 2020 17:04
Elshad Aliyev
Views: 171

Litvada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı artaraq 1593 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Litvanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 253 min 4 nəfər müayinə olunub.

Nazirliyin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə 7424 test aparılıb.

Ölkədə COVID-19-dan 61 ölüm faktı qeydə alınıb. Sağalanların sayı isə 1049 nəfər təşkil edib.

Litvada virusa yeni yoluxma hallarının artacağı istisna olunmur.


Create Account



Log In Your Account