Aug 12 2020 17:33
Elshad Aliyev
Views: 159

Belarus Prezidenti Aleksandr Lukaşenkonun sədrliyi ilə bu gün Belarus Təhlükəsizlik Şurasının iclası keçirilib.

APA-nın “Belta” agentliyinə istinadən verdiyi məlumata görə, A. Lukaşenko iclasda Prezident seçkilərindən sonra ölkədə baş qaldıran etirazlardan da danışıb.

O, Konstitusiya quruluşunun və vətəndaşların təhlükəsizliyinin qorunmasının vacibliyini vurğulayıb.

“Vəziyyətdən aydındır ki, hakimiyyət orqanları, xüsusilə də Təhlükəsizlik Şurasının qarşısında duran ən vacib vəzifə vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunması, Konstitusiya quruluşunun müdafiəsi və dövlət idarəetmə orqanlarının normal fəaliyyətinin təmin edilməsidir”, - deyə o bildirib.  

A. Lukaşenko deyib ki, etiraz aksiyalarına çıxanların əksəriyyəti kriminal keçmişi olanlar və işsizlərdir: “Ona görə də xoşluqla xahiş edirəm və hamını xəbərdar edirəm: kim işləmir, işə düzəlsin”. 


Create Account



Log In Your Account