Feb 14 2020 15:39
Elshad Aliyev
Views: 336

Belarus Prezidenti Aleksandr Lukaşenko neft tədarükü ilə alternativ mənbələr axtarmaqlarına aydınlıq gətirib.

APA-nın "BELTA"ya istinadən verdiyi xəbərə görə, Qomel vilayətində görüş zamanı A. Lukaşenko bildirib ki, alternativ mənbələr Rusiya neftindən daha baha olsa belə, Belarus bu nefti alacaq.

O qeyd edib ki, bir müddət əvvəl Soçidə Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı bu məsələni müzakirə ediblər: “Vladimir Putin niyə belə bir qərar verdiyimizi soruşdu. İndi bəyan edirəm ki, hər 31 dekabrda diz çökməmək üçün bunu edirik”.

 


Create Account



Log In Your Account