Dec 13 2019 15:24
Elshad Aliyev
Views: 79

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya ilə inteqrasiya mövzusunda danışıqların davam etdirilə biləcəyini deyib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Belarus prezidenti ölkənin Tibb Universitetlərinin müəllim və tələbələri ilə görüşündə bildirib.

Aleksandr Lukaşenko dekabrın 20-də Sankt-Peterburqda keçiriləcək Avrasiya İqtisadi Birliyinin qeyri-formal görüşü çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyini və Rusiya ilə inteqrasiya məsələsi ətrafında müzakirələrin davam etdirilə biləcəyini istisna etməyib. 

"Ola bilsin ki, həssas məqamlarla bağlı Rusiya ilə danışıqların bir neçə raundu keçirilsin", Lukaşenko qeyd edib.

Xatırladaq ki, dekabrın 8-də Soçidə Rusiya və Belarus prezidentləri görüşüblər. Onlar arasında görüş beş saatdan artıq davam edib. Görüşdə iki ölkənin inteqrasiyası müzakirə olunub. Minskdə isə Belarusun Rusiya ilə inteqrasiyası əleyhinə etiraz aksiyaları keçirilib.


Create Account



Log In Your Account