Apr 10 2021 11:25
Elshad Aliyev
Views: 161

2020-ci ilin iyunun 16-dan bu ilin aprelin 7-dək Azərbaycan Beynəlxalq Bankı tərəfindən ləğv prosesində olan "AGBank" və "NBCBank"ın əmanətçilərinə 248,38 mln. manatdan çox kompensasiya ödənilib.

Əmanətlərin Sığortalanması Fondundan (ADIF) "APA-Economics"ə verilən məlumata görə, "AGBank" üzrə 4 727 əmanətçiyə 116,38 mln. manat, "NBCBank" üzrə isə 4 231 əmanətçiyə 131,99 mln. manat kompensasiya verilib.

Ötən ilin iyunun 1-dən bu ilin aprelin 7-dək "Kapital Bank" tərəfindən ləğv prosesində olan "Amrahbank" və "Atabank"ın əmanətçilərinə 384,63 mln. manatdan çox kompensasiya ödənilib.

Qeyd olunan müddət ərzində "Amrahbank" üzrə 5 831 əmanətçiyə ödənilən məbləğ 140,41 mln. manat, "Atabank" üzrə isə 9 814 əmanətçiyə 244,22 mln. manat kompensasiya verilib.

Ödəniləcək kompensasiyanın ümumi məbləği 676,1 mln. manat təşkil edir ki, aprelin 7-nə 24 603 əmanətçiyə bu məbləğin 633 mln. manatdan çoxu artıq ödənilib. Beləliklə, kompensasiya ödənişlərinin 93,6%-i təmin olunub.


Create Account



Log In Your Account