Mar 11 2020 15:28
Elshad Aliyev
Views: 235

Livanda koronovirusa səkkiz yeni yoluxma halı qeydə alınıb və bununla da yoluxanların ümumi sayı 59 nəfərə çatıb.

AZƏRTAC Livanın NNA agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin səhiyyə departamentinin rəhbəri Valid Ömər bildirib. Məlumata əsasən, yeni yoluxma halları Beyrutun iki xəstəxanasında qeydə alınıb.

Martın 10-da Livanda koronovirusdan ilk ölüm hadisəsi baş verib. Ötən həftə hakimiyyət orqanları ölkədə virusun yayılmasının qarşısının alınması məqsədilə kinoteatrları, muzeyləri, idman zallarını bağlayıb və konfransları ləğv edib. Həmçinin bu səbəbdən təhsil müəssisələrində məşğələlər dayandırılıb. Quru sərhədlərində Livana daxil olanları yoxlamadan keçirmək üçün mütəxəssislər qrupu fəaliyyətə başlayıb.

Qeyd edək ki, dünyada artıq 100 mindən çox insan yeni koronovirusa yoluxub. Onların əksəriyyəti sağalsa da, indiyə qədər 4 minə yaxın insan həyatını itirib. Koronovirus ilk dəfə dekabr ayında Çinin Uxan şəhərində qeydə alınıb. Avropada isə virus ən çox İtaliyada yayılıb. Fransa və Almaniyada da koronovirusun yayılması ilə bağlı vəziyyət mürəkkəbləşib.


Create Account



Log In Your Account