Feb 20 2020 15:03
Elshad Aliyev
Views: 122

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Zərdabi “Ədəbiyyat qəzeti”nin səhifələrində” adlı kitab çapdan çıxıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Əkinçi” qəzetinin 145 illiyinə həsr edilən kitabda 1934-cü ildən 2016-cı ilə qədər “Ədəbiyyat qəzeti”nin səhifələrində Həsən bəy Zərdabinin həyat və fəaliyyətinə həsr edilmiş yazılar toplanıb. Kitab Əlyazmalar İnstitutunun Şəxsi arxivlərin tədqiqi şöbəsinin elmi işçisi Əzizə Ələkbərova tərəfindən tərtib edilib.

Kitabın “Ön sözü”nün müəllifi filologiya üzrə elmlər doktoru Paşa Kərimovdur. Nəşrin elmi redaktoru Əməkdar incəsənət xadimi, filologiya üzrə fəlsəfə doktoru Məhəbbət Mehdiyeva, rəyçilər isə filologiya üzrə elmlər doktoru Paşa Kərimov və filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfovdur.


Create Account



Log In Your Account