May 15 2020 16:58
Elshad Aliyev
Views: 181

Macarıstan ölkədə koronavirusun yayılmasının qarşısını almaq sahəsində böyük nailiyyətlər əldə edib. AZƏRTAC xəbər verir ki, bu barədə hökumətin kommunikasiya mərkəzinin mətbuat katibi Orş Farkaş bəyan edib. Onun sözlərinə görə, COVID-19 infeksiyasının yayılma göstəricisinin aşağı düşməsi hökumətin fəaliyyəti və vətəndaşların intizamlılığı sayəsində mümkün olub.

Hökumətdə bildirilir ki, həyata keçirilən tədbirlərin nəticəsi skeptiklərin proqnozlaşdırdıqlarından daha yaxşı oldu. Əhalinin hər milyon nəfərinə düşən yoluxananların və ölənlərin sayı Avropa İttifaqına üzv digər ölkələrə nisbətən xeyli aşağıdır. Bununla belə, pandemiyanın iqtisadiyyata vurduğu zərbə çox güclü olub və hökumət itkinin azaldılması üçün əlindən gələni edir.


Create Account



Log In Your Account