Mar 19 2020 16:29
Elshad Aliyev
Views: 168

Son sutka ərzində Şimali Afrika və Körfəz ölkələrində koronavirusa yoluxanların sayı artıb.

AZƏRTAC xəbər verir ki, rəsmi məlumatlara görə, Misirdə COVID-19 virusuna yoluxanların sayı 210 nəfərə çatıb.

Ölkənin Səhiyyə Nazirliyi bildirib ki, martın 18-də virusa yoluxan 14 nəfərdən ikisi xarici ölkə vətəndaşlarıdır. Martın 19-da isə Baş Nazir Mustafa Madbulinin sədrliyi ilə koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinə həsr olunmuş iclas keçirilib. Qahirə və digər şəhərlərdə əyləncə məkanları və ticarət mərkəzlərinin fəaliyyəti dayandırılıb.

Şimali Afrika ölkələrindən Əlcəzairdə virusa yoluxanların sayı 60 nəfər çatıb. Hökumətin qərarı ilə bütün məscidlər bağlanıb.

Tunisdə isə xəstələrin sayı son iki gün ərzində yoluxanların sayı 28 nəfər artaraq 38-ə çatıb.

Məscidləri bağlayan Mərakeşdə martın 18-də COVID-19 virusuna daha 10 nəfər yoluxub.

Küveytdə son sutkada koronavirusa 6 yoluxma faktı qeydə alınıb, xəstələrin ümumi sayı isə148 nəfərə çatıb. Bu ölkənin Səhiyyə naziri Abdulla Əl-Sənəd bildirib ki, xəstələrdən 18 nəfəri müalicə olunub, qalan 130 nəfər isə xəstəxanalarda karantin altındadır. O əlavə edib ki, onlardan üçünün vəziyyəti ağırdır.

Birləşmiş Ərəb Əmirliklərində martın 18-də koronavirusa 9 yeni yoluxma faktı qeydə alınıb. Hazırda bu ölkədə xəstələrin sayı 121 nəfərdir.

Səudiyyə Ərəbistanında koronavirusa daha 67 insan yoluxub və xəstələrin ümumi sayı 238 nəfərə çatıb.

Körfəz ölkələrindən Bəhreyndə koronavirusa yoluxanların sayı 249 nəfərə çatıb. Qətərdə isə ötən gün COVID-19 virusuna daha 10 yoluxma faktı qeydə alınıb. Beləliklə, xəstələrin ümumi sayı 442 nəfərə çatıb.


Create Account



Log In Your Account