Apr 14 2020 11:33
Elshad Aliyev
Views: 79

Aprelin 14-də yerli vaxtla səhər saatlarında Şimali Koreya Yapon dənizi istiqamətində yaxın məsafəli qanadlı raketlərin növbəti sınağını keçirib.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya KİV-ləri Cənubi Koreyanın hərbi strukturlarına istinadla məlumat yayıb. Bildirilir ki, Şimali Koreya tərəfindən raketlər Kanvon əyalətinin Mançon şəhərinin sahillərindən şərq istiqamətində buraxılıb. Səhər saat 7-də başlayan sınaqların təqribən 40 dəqiqə davam etdiyi qeyd edilir.

Əlavə olaraq bildirilir ki, sınaqlar Şimali Koreyanın əsasını qoymuş Kim İr Senin doğum günü ərəfəsində keçirilib.

Hazırda vəziyyətin ciddi nəzarətdə saxlandığı və lazımi informasiyaların toplanmasının davam etdirildiyi də bildirilir.


Create Account



Log In Your Account