Apr 07 2020 16:37
Elshad Aliyev
Views: 160

Maltadakı ən böyük miqrant düşərgəsi olan Hal Far karantinə bağlanıb.

AZƏRTAC xəbər verir ki, buna səbəb düşərgədə yaşayan 8 miqrantda koronavirus testinin müsbət çıxması olub. Malta ilə eyni vaxtda Yunanıstandakı miqrant mərkəzi də karantinə bağlanıb. İlkin olaraq virus Əfqanıstandan gələn bir qaçqında, daha sonra isə onunla münasibətdə olan daha 7 nəfərdə aşkarlanıb.

Hazırda Maltadakı 1700 miqrant ciddi qorunma altındadır. Bu müddət 14 gün davam edəcək. Düşərgəni qorumaq üçün polis və əsgərlər cəlb olunub. Maltanın Səhiyyə naziri Kris Firn bu tədbirlərin insanların sağlamlığı üçün görüldüyünü vurğulayıb.

İndiyədək Maltada 240 yoluxma faktı qeydə alınıb. Ölüm halı isə yoxdur.


Create Account



Log In Your Account